Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy

    imagesBiz Tərtər Rayon Məhkəməsinin hakimi 2015-01-06 09.25.41Həsən Qəniyevin bəzi əməllərindən yazmışdıq. Lakin müvafiq qurumların heç biri buna əhəmiyyət vermədi. Yəni mətbuatın səsini nə Həsən Qəniyev, nə də tədbir görmək səlahiyyəti olan adamlar veclərinə almadılar, hakimə “gözün üstə qaşın var” deyən olmadı. Cəzasızlıq mühitində isə cinayətkarlıq baş alıb gedər.
    Hər şeyin sonu olduğu kimi, Həsən Qəniyev kimilərinin də özbaşınalığı uzun çəkməz. O, MTN-nin sabiq naziri general Eldar Mahmudovdan, Rabitə və Yüksək Texnologiyalar naziri akademik Əli Abbasovdan artıq adam deyil ki? Ölkə rəhbəri bu millətin canını belə vəzifə sahiblərindən mütləq qurtaracaq, bir az geci-tezi var. Prezidentin siyasi iradəsi hamıya məlumdur.
    Bəzi detalları bir də təkrar etməyə məcburuq.
    Tərtər şəhərinin sakini Kərimova Sevinc Sultan qızı özgənin əmlakını tamah məq-sədi ilə qanunsuz və əvəzsiz, aldatma yolu ilə ələ keçirmiş, iki vətəndaşa küllü miqdarda (50 min manat) ziyan vurmaqla təkrarən dələduzluq ağır cinayət əməlini törətmişdir. Tərtər rayon prokuroru tərəfindən bu fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci (“Dələduzluq”) maddəsi ilə cinayət işi baş-lanmış və istintaqda cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Sevinc Kərimovanın törətmiş olduğu cinayət əməlinin ictimai təh-lükəlilik dərəcəsini, istintaqdan qaçıb gizlənəcəyini , azadlıqda qalarsa yeni ci-nayət əməlləri törədəcəyini və s. nəzərə alaraq prokuror tərə-findən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə Tərtər Rayon Məhkə-məsinə təqdimat verilmiş, la-kin hakim Həsən Qəniyev nəyin hesabınasa bu seçimdən imtina etmiş və dələduz qadını azadlıqda saxlamışdır. (Qeyd edək ki, Kəri-mova Sevinc Sultan qızı əvvəllər də cinayət əməlləri törətdiyinə görə iki dəfə məh-kum olunmuşdur). Biz həmin vaxtlarda yazmışdıq ki, Həsən Qəniyev dələduz Sevinc Kərimovanı azadlığa buraxdı ki, gedib öz əməllərini davam etdirsin. Belə də oldu. Pro-kurorun öz təqdimatında və mənim mətbuatda qeyd etdi-yimiz kimi, Sevinc Kərimova hakim Həsən Qəniyevin “canıyananlığından” azad-lığa buraxılan kimi (2015-ci ilin fevral ayından başlayaraq) öz cinayət əməllərini davam etdirdi. Bərdə şəhərinin sakini Bayramova Kifayət Mərdan qızından həyat yoldaşı Bayramov Fərrux Teymur oğlunu Bərdə Rayon Məhkəməsində cəzadan azad edəcəyini və bununla bağlı olaraq yuxarı dövlət orqan-larında tanışının olmasını yalandan bildirib, ondan ümu- milikdə 29 min manat pul alaraq, aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq əməli törədən Kərimova Sevinc Sultan qızı yəqin ki, Həsən Qəniyevin ömrünə dualar oxumuşdur. İstintaq yolu ilə təqsirləndirilən şəxs Kərimova Sevinc Sultan qızının Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində (“Dələduzluq”) nəzərdə tutulan cinayət əməl-ləri Bərdədə də kifayət qədər sübutlarla təsdiq olunduğun-dan ona həmin maddə ilə yenidən ittiham elan edil-mişdir.(Bu, onun, Allah bilir, neçənci cinayət əməlidir.)
    Amma dələduzluq edərək ağır cinayətləri törətmiş Kəri-mova Sevinc Sultan qızı hələ də azadlıqda gəzir və öz bildiyini davam etdirir– əyri yollarla yenə pul ələ keçirir, yenə kartla fala baxır, yenə yüz oyundan çıxır. Əlinə saxta bir həkim kağızı keçirərək, guya xəstə olduğunu aləmə car çəkir. Çox qəribədir, 300-400 vərəqlik istintaq materiallarının gücü 1 vərəqlik yalan həkim arayı-şına çatmır.
    Hakim Həsən Qəniyevin “krışa” olduğu dələduz tək Sevinc Kərimova deyil ha.
    Tərtər rayonunun Qaynaq kənd sakini Əzimova Əzizə Əkbər qızı həmkəndlisi Abdullayev Famil Abdulla oğ-lunun 5880 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, tək-rarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq Tərtər rayonunun Hüsənli kənd sakini Qəhrəmanov Bayandur Musa oğlunun 1500 manat məbləğində pulunu ələ keçirib, qəsdən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla yenə dələduzluq cinayət əməlini törətmişdir. Bunlara görə Əzimova Əzizə Əkbər qızına Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə (“Dələduzluq”) istintaq işi açılmış və nəticəsi Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Hakim Həsən Qəniyev öz adəti üzrə bu dələduzu da azadlığa buraxmışdır.
    Çox təəssüf ki, bu hakim dələduzlar tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş külli və xeyli miqdarda ziyanları heç bir halda vecinə almamış və həmişə də cinayətkarları müdafiə etmişdir. Ona gorə də dələduzluq cinayətləri rayonumuzda baş alıb gedir.
    Bunların hamısına ilkin səbəb yenə hakim Həsən Qəniyevin şərait yaratdığı cəzasızlıq mühitinin və krimi-nogen durumun törətdiyi fəsadlardır.

    Tofiq Yusif

     

    Müəllif: Redaktor, 10:34

    Teqlər:

İsmarıclar bağlıdır.