Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Xoş əhval-ruhiyyəli bayram

     

     

     

     

     

     

    Bayram konsertində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Ağsaqqallar Şurasının, YAP rayon Təşkilatının sədrləri, Şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə iştirakçılar Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli liderə həsr olunmuş filmə baxıblar.
    Heydər Əliyev adına parkda açıq yay klubunda təşkil olunmuş konsert proqramından öncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik əsl qurtuluş günüdür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Rayon rəhbəri çıxışında bu gün Azərbaycanın idarəçilik sükanının Ulu Öndərin varisi İlham Əliyevin əlində olduğunu qeyd edib, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfərdən söhbət açıb. Müstəqil respublikamızın günü-gündən beynəlxalq miqyasda artan nüfuzunu, iqtisadi sahədə imza atdığı uğurları yada salıb.
    Bu uğurları bütün dünyanın təsdiq etdiyini bildirib.
    Sonra rayon rəhbəri tərəfindən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş 2-ci qrup Vətən müharibəsi qazisi İsmayıllı Kamal Adil oğlunun medalları özünə təqdim edilib.
    Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxış edərək əvvəlcə tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib. Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixdən danışıb.
    Sonra Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımova və onun Sənət Akademiyasının tələbələrinin, Bərdə Regional Mədəniyyət İdarəsinin özfəaliyyət kollektivlərinin, Vətən müharibəsi şəhidi Aysənan Abbasovun qızı Banu Abbasovanın, 5 saylı körpələr evi-uşaq bağçasının yetirməsi Nur Babayevanın çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib.
    İki saat davam edən bayram konserti iştirakçılarda xoş əhvali-ruhiyyə yaradıb.

     

    Müəllif: Redaktor, 11:49

İsmarıclar bağlıdır.