Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    İnsan həyata bir dəfə gəlir və ömrünü də bir dəfə yaşayır. Həyatı dünən , bu gün, sabaha bölür. Sabahı fikirləşir, bu günü yaşayır, keçmişi geriyə gətirə bilmir. Bunun üçün də doğru həyat tərzi yaşamaq hər bir insana mütləq lazımdır. Düzgün həyat tərzi yaşayan insanların gələcəyi daha inamla qurulur. Necə deyərlər, həyatda həmişə öndə olurlar. Həyat adlı aləmdə yanlış yolu seçənlər üçünsə bunu demək çətindir. Rəqəmlər onların ziyanına olaraq dəyişir. Doğru həyat tərzi yaşamaq üçün ətraf mühit lazımdır. Bu mühit isə xüsusilə də yeniyetməlik və gənclik illərində çox əhəmiyyətlidir. Yəni hələ məktəb illərindən ətrafında yaratdığın atmosfer və ya mühitin necə olarsa gələcəyə də eyni tərzdə addımlayarsan. Uşaq yaşlarında olan yeniyetmələr hələ kövrək xasiyyətli olduqları, yaxşı ilə pisi olduğu kimi seçə bilmədiyi üçün xoşagəlməz vərdişlərə daha çox meyilli olurlar. Bunun əsas səbəbi təbii ki, uşaqların düzgün tərbiyə edilməməsi, valideyn nəzarətindən kənar olması və xüsusilə də, qeyd etdiyimiz kimi, düşdüyü qeyri-sağlam mühitdir.
    Yeniyetmələrin həssas dövrü kimi qiymətləndirilən bu vaxtlar ən çox rast gəlinən xoşagəlməz vəziyyət orta təhsil müəssisələrində yeniyetmələrin tütün məhsullarının və alkoqolun təsirinə düşməsidir. Nəzər salsaq görərik ki spirtli içkilərdən istifadə etmək hər il milyonlarla insanın ölümünə səbəb olur. Bu zərərli vərdiş müxtəlif xəstəliklərin: qaraciyər, mədə, xərçəng, əsəb-sinir xəstəliklərinin yaranmasına gətirib çıxarır. Alkoqolun verdiyi ağırlıq hissini aradan qaldırmaq üçün təbii yollar–koporçayi, Avropa çobandüdüyü, dazıotu, kəklikotu kimi çaylar vardır. Amma alkoqoldan uzaq durmaq üçün çaylar kifayət etmir. Bunun üçün insanın öz istəyi də vacibdir. Yəni iradə əzmi nəticəsində insanın edə bilməyəcəyi fədakarlıq yoxdur.
    Amma o da faktdır ki, nəinki gənc nəsil, həmçinin orta və yaşlı nəsil də bu zərərli vərdişlərin aludəsidir. Özünə qapanıq, yalnız olduğunu hiss edən, sevilmədiyini düşünən insanlar alkoqol qəbul edərək bir neçə saatlığına bu narahatlığı unuda bilərlər, ancaq bu halda deyilən sözlər, yerinə yetirilə bilməyəcək vədlərin verilməsi içki sonrası xatırlanmır. Gəlin, bizə verilən sağlam ömrü düzgün dəyərləndirək. Pis vərdişlərin aludəsi olub gələcəyimizi korlamayaq. Unutmayaq, yaş ötüb keçir, zaman isə geri qayıtmır. Həyatda edilən səhvlər və doğrular isə həmin anda qalır. Sağlamlığınızın qeydinə düzgün qalın ki, peşman olanlar sırasında siz də olmayın.
    Sevda Nəsir,
    Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

    Müəllif: Redaktor, 09:26

İsmarıclar bağlıdır.