Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    Bu layihələr xüsusi əhəmiyyətə malikdir

    Bildiyimiz kimi, təkcə Şuşa şəhərinin 150-dən çox tarixi abidəsi var. Bu abidələrin hər birinin bərpası bizim üçün xüsusi önəm daşıyır. Prezidentimiz cənab İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu göstərir. Buna görə də Şuşanın bərpası və yenidən qurulması xüsusi həssaslıqla aparılır.
    Bərpa olunan abidələr təkcə Azərbaycanın deyil, bütün dünyanın mənəvi sərvətidir. İşğaldan azad edilmiş ərazilərdəki abidələrin bərpası Qarabağ Dirçəliş Fondu üçün ən prioritet məsələlərdən biridir. Fond bu işlərdə daim Heydər Əliyev Fondu ilə əməkdaşlıq edir. Bu gün Qarabağın yenidən dirçəlişi, həyata qaytarılması istiqamətində mühüm işlər görülür. Bu yerlərin abadlaşdırılması həm də müqəddəs mahiyyət daşayır…
    İşğaldan yeni azad ediləndə Şuşadakı abidələrin dağıntılara məruz qaldığı müşahidə olunurdu. Aşağı Gövhər Ağa məscidinin həyətindəki mədrəsə də bu qəbildəndir. Bu kimi tarixi tikililərin bərpası son dərəcə həssaslıqla aparılır. Şuşa dəyər, tarix, irs, mədəniyyət və təbii gözəllik olan bir məkandır. Şuşa şəhəri həm qorunmalı, həm də gələcək nəsillərə ötürülməlidir. Reallaşdırılan layihələrdə Şuşaya xas olan elementlər yer alıb. Görülən işlərdə həm də Şuşanın azad olunması tarixi əks etdiriləcək…
    Qarabağın inkişafı Azərbaycanın ümumi inkişafına böyük töhfə verəcək. Gənclərin Qarabağa qayıdışının təmin edilməsi olduqca vacibdir. Qarabağ həm mədəniyyət beşiyidir, həm də iqtisadi inkişaf baxımından mühüm əhəmiyyətə malikdir, turizmin inkişafı üçün vacib regiondur…
    Prezident İlham Əliyev Şuşa haqqında belə demişdir: “Biz, Şuşanın sahibləri qayıtmışıq və əbədi orada yaşayacağıq… İndi artıq Şuşada bərpa işləri gedir. Bəzi tarixi abidələr bərpa edilib… Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyuldu və yəqin ki, yaxın vaxtlarda layihə təqdim ediləcək. Təqdim edilən kimi mütləq vəsait ayrılmalıdır. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir”.
    Bəli, bunlar gələcək layihələrin bir hissəsidir ki, Prezidentimiz öz çıxışında vurğuladı. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir. Şuşalılar Şuşaya qayıdırlar….
    Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. Belə bir qərar böyük siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir. İşğaldan azad edilən torpaqlarımızın minalardan tam təmizlənməməsinə baxmayaraq, Şuşada müxtəlif əhəmiyyətli tədbirlər keçirilməsi həm də dünyada erməni uydurmasının ifşasına yönəlmişdir. Qarabağın tacının 270 illik yubileyi münasibətilə keçiriləcək təbliğat işləri dünyaya səs salacaq. Və Şuşanın kimə məxsus olduğu anlaşılacaq…

    Ziyafət Almazova,
    Buruc kənd
    tam orta məktəbinin
    dil-ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 09:53

İsmarıclar bağlıdır.