Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    Şahin İbrahimov 1987-ci ilin dekabr ayının 24-də Dəmirçilər kəndində anadan olub. İbrahimovlar ailəsinin üç övladının ortancılı idi.
    Zəhmətkeş, məsuliyyətli gənc idi. Valideynləri evləndirib arzularına çatmışdılar. Həyat yoldaşını da elə qonşu qızların içindən seçib bəyənmişdi. İki övladı var – böyüyü Nurlan, kiçiyi isə Nuraydır.
    Övladlarının gələcəyi ilə bağlı Şahinin çoxlu arzuları vardı. Odur ki, kənddən Bakıya gedib, orada işləyirdi. Müharibə başlayan kimi Şahin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin çağırışına əsasən rayona gəldi. Sentyabrın 29-da şöbədə oldu. Lakin həmin gün cəbhəyə göndərilmədi. Sabahısı gəlməli oldu.
    Sentyabrın 30-da qohumları onu yola salmaq üçün yenidən şöbəyə gəldilər. Onların arsında qaynatası Əliyev Müzəffər, atası, əmisi oğlu və qohumlar vardı.
    Müharibənin ilk günündən başlayaraq düşmən Tərtər şəhərini və kəndlərini dayanmadan artilleriya atəşinə tutur, dinc sakinləri qətlə yetirirdi. Vəziyyətin təhlükəli olduğunu hamı bilirdi, ancaq Şahini cəbhəyə yola salıb, sonra qayıtmaq istəyirdilər.
    Şəhərin növbəti dəfə ağır silahlardan atəşə tutulması nəticəsində Şahin İbrahimov cəbhəyə gedən yolun elə əvvəlində şəhidlik zirvəsinə ucaldı, qaynatası Müzəffər Əliyev də şəhid oldu, atasının qolu qırıldı, əmisi oğlu gözünü itirdi. Beləcə, erməni vandalları daha bir ailə faciəsi yaşatdılar.
    Şahin İbrahimov Dəmirçilər kənd qəbiristanlığında dəfn olunub.

    Müəllif: Redaktor, 10:06

İsmarıclar bağlıdır.