Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    Zamanov Şakir Xasay oğlu 1988-ci il aprelin 25-də Kəlbəcər rayonunun Geşdək kəndində doğulub. Erməni terrorçularının törətdikləri vəhşiliklər nəticəsində ailəsi ev-eşiklərini tərk edərək, Tərtər rayonunda məskunlaşıb. Məcburi köçkün həyatı yaşayıblar.
    Şıxarxda məcburi köçkünlər üçün qəsəbə tikiləndə, dövlətimiz tərəfindən onların ailəsinə də üçotaqlı mənzil verilib. Şakir düşünürdü ki, bununla da ai-lənin çətin günləri arxada qalıb…
    Vətən müharibəsinin başlamasını böyük ümidlə qarşılamışdılar. Hamı kimi Şakir də bu qələbənin yaxınlaşmasına kömək etmək istəyirdi. Könüllü olaraq Bərdə mərkəzi xəstə-xanasına gedib, yaralılarımıza qan vermişdi.
    Şakir özü atasız böyüdüyü üçün, övladlarına qarşı çox həssas idi. Onları yaxşı böyütmək, təhsil vermək istəyirdi. Oktyabrın 15-də o, bazarlıq edib, Gəncəyə, uşaqlarının yanına getmək istəyirdi. Ancaq hadisələr onu başqa tərəfə apardı.
    Həmin gün şəhər qəbiristanlığında dəfn mərasimi keçirilirdi. Ermənilər dayanmadan şəhəri artilleriya atəşinə tuturdu. Bu hadisə zamanı oktyabrın 15-də qəbiristanlıqda 4 nəfər şəhid oldu. Onlardan biri də Şakir Zamanov idi.
    Şəhidmizin xanımı Sevil Zamanova deyir:
    – Övladlarımızı – Kənan və Nurayı onun ürəyi istədiyi kimi böyüdəcəyəm. Qaynanamı – Nərminə ananı da heç vaxt tək qoymaram. Şakir evin tək oğluydu. Mən ona həm oğul, həm gəlin olacağam. Bir də ki, Şakir sağlığında Qələbəmizi görməsə də, onun ruhu torpaqlarımızın işğaldan azad edilməsinə çox sevinir. Biz də bununla təsəlli tapırıq.
    Dinc sakinləri qanına qəltan edən ermənilər döyüş meyda-nında layiqli cavablarını aldılar. Onlar bu əməllərinə görə beynəlxalq hüquq çərçivəsində də cavab verəcəklər.

     

    Müəllif: Redaktor, 10:12

İsmarıclar bağlıdır.