Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    Xeyirxahlıqdan yoğrulan dünya

    Bir zamanlar qonşu deyib çörəyimizi, suyumuzu bölüşdüyümüz ermənilər neçə-neçə gəncin parlaq həyatına son qoydular. Analar övladsız, körpələr atasız, gəlinlər qara yaylıqlı qaldı.
    Evlərin gur yanan işıqları söndü. Belə evlərdən biri də Mamırlı kəndindədir. 2020-ci ilin 15 oktyabr tarixinədək burada ailənin Pərviz adlı bir dünyası vardı. Hamının qayğısına qalan, işləməkdən yorulmayan, xeyirxahlıqdan, nəciblikdən, mehribançılıqdan yoğrulan bir dünya.
    Pərviz olan yerdə heç bir problem yaşanmazdı. Hamını öz dili ilə dindirərdi. Körpə əkiz övladları – Aylin və Amin üçün ata qucağı cənnət olardı. Anası Dilruba xanım oğlu ilə fəxr edir, bu xoşbəxtliyinin sonsuza qədər davam edəcəyini düşünürdü…
    İş yerində, rəhbərlik etdiyi bankda Pərviz kollektivin sevimlisiydi. Lazım gəldikdə ciddi, tələbkar, digər vaxtlarda səmimi və şən, zarafatçıl olan gənc rəhbər gərgin zəhməti sayəsində bank işinin bütün incəliklərinə yiyələnmişdi. Kompüteri gözəl bilirdi. Qarşıda onu daha böyük vəzifələr gözləyirdi…
    Vətən müharibəsi günlərində də “Molbulak” fəaliyyətini dayandırmadı. Ancaq həmin gün, oktyabrın 15-də Pərviz ailədə baş verənlərlə bağlı işə getmədi. Yevlaxdan zəng gəlmişdi ki, həyat yoldaşının nənəsi rəhmətə gedib. Yaşlı qadın Tərtərdə dəfn olunmasını vəsiyyət etmişdi. Həmin günlərdə isə Ermənistan silahlı qüvvələri Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqda yerləşən mülki obyektləri ağır silahlardan atəşə tuturdu. Bir sözlə, Tərtərə göydən od yağırdı və belə bir vəziyyətdə dəfn mərasiminin keçirilməsi təhlükəliydi. Bunlara baxmayaraq, Pərviz qaynatası İsgəndəri tək qoymadı və bir neçə qohumla birlikdə qəbiristanlığa gəldi. Heç kimin ağlına gəlməzdi ki, ermənilər bu cür vəhşiliyə əl ataraq, yaxınlarını dəfn edən insanları atəşə tutacaqlar. Ancaq bu, ermənilərin insanlığa sığmayan nə birinci, nə də sonuncu hərəkətiydi.
    Həmin gün Pərvizin anası Dilruba xanım öz anasının 40 mərasimindəydi. Dəfnin Tərtərdə keçiriləcəyini bilməsə də, ana ürəyi qarşıdakı faciədən sanki xəbərdarıydı. Tez-tez Pərvizə zəng vurur, səsini eşidəcək sakitləşirdi. Hadisədən sonra zəng çatmadı…
    Həmin gün Tərtər qəbiristanlığında 4 nəfər şəhid olmuşdu. Bütün dünya baş verənləri pislədi.
    Erməni cəlladlarının dərsini isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu verdi.
    Pərviz Novruz oğlu Orucov 1989-cu ilin iyun ayının 10-da Mamırlı kəndində anadan ol-muşdur. Həmin kəndin qəbiristanlığında dəfn olunub.

     

    Müəllif: Redaktor, 10:25

İsmarıclar bağlıdır.