Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07İyl

    Balaca Banu ilk “Təşəkkürnamə”ni rayon rəhbərindən aldı

    Milli Qurtuluş Günü münasibəti ilə Tərtər rayonunun Heydər Əliyev parkında keçirilən təntənəli bayram konsertində Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası”nın tələbələri ilə birgə rayonun Seydimli kəndindən olan şəhid Aysənan Abbasovun qızı – 6 yaşlı Banu da çıxış edib. Balaca Banu “Sənət Akademiyası”nın üzvləri ilə birlikdə rayon icra hakimiyyətinin başçısı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.
    Bu münasibətlə icra başçısı rayon icra hakimiyyətində şəhid Abbasov Aysənanın ailə üzvlərini Banunun tərbiyə aldığı Seydimli kənd körpələr evi-uşaq bağçasının müdiri ilə birlikdə qəbul edib. Qəbul zamanı icra başçısı şəhid övladının ailəsinin qayğıları ilə maraqlanıb və ona bayram tədbirində gözəl ifasına görə rayon icra hakimiyyəti tərəfindən “Təşəkkürnamə” və qiymətli hədiyyə təqdim edib.
    Qeyd olunub ki, Banunun istedadının inkişaf etdirilməsi, onun yaxşı təhsil alması üçün bütün tədbirlər görüləcək.
    Şəhidin anası Rəna xanım şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

    Müəllif: Redaktor, 14:15

İsmarıclar bağlıdır.