Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07İyl

    UNUTMAYAQ!

    İyulda doğulan tərtərli Vətən müharibəsi şəhidləri

     

                                                      Əliyev Elməddin İlqar oğl

    Elməddin Əliyev 1985-ci il iyulun 2-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olub.
    O, sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
    Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elməddin Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

    Mehdiyev Yasən Alim oğlu

    Yasən Mehdiyev 2001-ci ilin iyul ayının 5-də Tərtər şəhərində anadan olub.
    Oktyabrın 24-də Füzuli rayonu istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yasən Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şahbazov Ruslan Mahir oğlu

    Ruslan Şahbazov 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. Sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Ələsgərli kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarıına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, ”Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Cəfərov Təbriz İlqar oğlu

    Təbriz Cəfərov 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda dünyaya göz açmışdır. Əslən keçmiş Ağdərə rayonunun Kərəmli kəndindəndir.
    Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təbriz Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Abbaslı Elnur Yaşar oğlu

    Elnur Abbaslı 1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub.
    Elnur Abbaslı oktyabrın 4-də Ağdərə istiqamətində şəhid olub, oktyabrın 8-də torpağa tapşırılıb.
    Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elnur Abbaslı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Ailəli idi, 2 övladı yadigar qalıb.

    Abbasov Xaliq Asif oğlu

    Xaliq Abbasov 1981-ci ilin iyul ayının 24-də Tərtər ra-onunun Poladlı kəndində anadan olub.
    28 sentyabr tarixində Şıxarx qəsəbəsinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub.
    Ailəli idi. 2 övladı yadigar qalıb.

    Əsədov Sabit Usub oğlu

    Sabit Əsədov 1981-ci ilin iyul ayının 27-də keçmiş Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.
    28 sentyabr tarixində Şıxarx qəsəbəsinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub.
    Ailəli idi. 3 övladı yadigar qalıb.

    Ələkbərli Ələkbər Ramiz oğlu

    Ələkbər Ələkbərli 1991-ci ilin iyul ayının 28-də Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır.
    29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kəndində dəfn edilmişdir.
    Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Müəllif: Redaktor, 14:39

İsmarıclar bağlıdır.