Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07İyl

    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla anıblar.
    Sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. O, öz çıxışında Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmət-ləri olduğunu vurğulayıb, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bil-dirib ki, Azərbaycan polisi bir əsrdən artıq şərəfli tarixi yol keçib. Xüsusən, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili gücləndirilmiş, peşakar kadr özəyi yaradılmışdır. Ulu Öndər həmişə polis əməkdaşlarının əməyinə yüksək qiymət vermişdir. Məhz Ümummilli liderin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycan Po-lisi Günü kimi qeyd olunur. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması polis işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
    Tədbirdə iştirak edən rayon prokuroru Əli Qurba-nov, rayon məhkəməsinin sədri Elşad Bayramov, Tərtər hərbi prokuroru Emin Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Polis Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Qeys Qəhrəmanov, şəhid Elvin Abbasovun atası Şamil Abbasov və şəhid Mirzəli Rəşadın anası Afidə Mirzəyeva çıxış edərək 104 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildiriblər.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və rayon Polis Şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Fəxri fərman, qiymətli hədiyyələr təqdim olunub və şəhid olmuş polislərin ailələrinə maddi yardım göstərilib.
    Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı və 5 saylı körpələr evi-uşaq bağçasının yetirməsi Nur Babayevanın çıxışları ilə davam etdirilib.

     

    Müəllif: Redaktor, 15:17

İsmarıclar bağlıdır.