Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə süfrə arxasında əlilliyi təsdiq olunmuş qaziləri qəbul edib, onların müraciətlərini dinləyiblər. Qazilər əlilliyin təyin olunmasında süni surətdə yaradılan maneələr, minik avtomobili, yaşayış evi və həyətyanı sahə ilə, ailə üzvlərinin işlə təmin olunması, icarələrinə torpaq verilməsi, qaçış aparatı ilə təminat, qazilərə tibbi xidmət göstərmək üçün xəstəxana tərəfindən ayrıca ambulansın ayrılması və s. məsələlərlə bağlı müraciət ediblər. Edilən müraciətlər diqqətlə dinlənilib, bəzi məsələlər yerində həll edilib, rayon icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunmayan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət edilib.
    Vətən müharibəsi Qəhrəmanı Azər Abdullayev, qazilərdən Amid Paşayev, İntiqam Sarıyev və başqaları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehri-ban xanım Əliyeva, Heydər Əliyev və “Yaşat” fondları tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğını, onların müalicəsinə, mənzil şəraitlərinin yaxşılaşdırılmasına göstərilən dəstəyi, bayram günlərində ailələrə ərzaq sovqatlarının göndərilməsini dilə gətirib, bu nümunənin hər kəsə örnək olduğunu, görüşdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respubli-kası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

     

     

     

     

     

    Müəllif: Redaktor, 10:04

İsmarıclar bağlıdır.