Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    “Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi” mövzusunda konfrans keçirilib

    Rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi” mövzusunda konfrans keçirilib.
    Konfransda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri Faiq Məmmədov, icra nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Ümummilli Liderin abidəsini ziyarət edə-rək, xatirəsini böyük ehtiramla yad edib, önünə gül-çiçək dəstələri dü-züblər.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
    Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, Ümummilli liderimizin Azərbaycan rəhbərliyinə gəlməsinin 53 ili tamam olur.
    Məhz həmin vaxt Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin 34 illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev vətəndaş, şəxsiyyət, Lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımışdır. O, dövlətimizi və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmışdır. Müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.
    Bu illər ərzində Azərbaycan xalqının ictimaisiyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.
    Ümummilli liderimiz Heydər Əliyev birinci dəfə respublikaya rəhbərlik etməyə başlayandan sonra respublikanın dinamik inkişafına dair kompleks proqramlar işlənib hazırlandı, bütün sahələrdə vüsətli dəyişikliklər baş verdi. Ölkəmizin hər yerində böyük quruculuq işləri görüldü. Heydər Əliyevin bütün şüurlu həyatını həsr etdiyi vətəni və xalqı qarşısındakı xidmətləri haqqında çox danışmaq olar.
    1993-cü ildə xalqın Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb etməsi heç də təsadüfi deyildi. Tarixi qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni, daha şərəfli və əzəmətli mərhələsinə daxil oldu. Onun həyata keçirdiyi xilaskarlıq missiyası Azərbaycanı məhv olmaq təhlükəsindən qurtararaq, gələcəyə inamla baxan güclü bir dövlətə çevirdi.
    Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.
    Sonra Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək Ulu Öndərin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixinin xalqımızın həyatındakı önəmindən bəhs edib.
    Konfransda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu, rayon Ağsaqallar Şurasının sədri Faiq Məmmədov Heydər Əliyevin hakimiyyəti illərində ağsaqqallara göstərilən diqqət və qayğı, Qaraağacı kənd tam orta məktəbinin direktoru Rəşad Qarayev Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı rolu, Heydər Əliyev Mərkəzinin elmi işçisi Fəridə Süleymanova Azərbaycan mədəniyyətinə, milli mənəvi dəyərlərə Ümummilli Lider tərəfindən göstərilən qayğı və fəal gənc Orxan Mustafazadə gənc kadrların yetişdirilməsində Ulu Öndərin misilsiz xidmətləri barədə çıxış ediblər.
    Toplantını rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdıraraq bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru apardığını bildirib. Qeyd olunub ki, artıq uzun illərdir ki, Azərbaycan Respublikası yüksək inkişaf yolundadır. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi irəliyə aparacaq.

     

    Müəllif: Redaktor, 11:45

İsmarıclar bağlıdır.