Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyl

    Hökumətlə vətəndaşlar arasında əlaqələr möhkəmlənəcək

    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İctimai şuranın üzvləri ilə görüşərək, onları dinləyib. Sonra şura üzvlərini düşündürən məsələlər barəsində müzakirələr aparılıb. Rayon rəhbəri ictimai şuranın vətəndaşlarla hökumət arasında bir körpü rolunu oynadığını, vətəndaşların arzu və təkliflərinin ictimai şura vasitəsi ilə açıq şəkildə çatdırıldığını qeyd edib.
    Söhbət zamanı rayonda baş vermiş erkən nikah, şəhid ailələrində ailədaxili münaqişələr, qazilərin intiharı, şəhid ailələri və qazilərin mənzillə təmin olunmaları, şəhərin küçələrinin abadlaşdırılması zamanı sakinlərin yaratdıqları süni maneələr, bir qrup gəncin gecələr bir yerə toplanması ilə bağlı bir sıra məsələlər müzakirə edilib, ictimai şura üzvlərinin bu məsələ-lərin həllində rayon icra hakimiyyətinə dəstək olmaları nəzərə çatdırılıb.
    Tədbirdə iştirak edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, ictimai şuranın üzvləri Rauf Həsənzadə, Svetlana Bağırova, Sətdar Nəcəfov, Emin Pənahov, şəhid atası Bəhruz İsgəndərov, Orxan Mustafazadə müzakirə edilən məsələlərlə bağlı öz fikir və mülahizələrini bildiriblər.
    Rayon rəhbəri müzakirə edilən məsələlərin ictimai şuranın tədbirlər planına salınmasını və görülən işlərin mətbuatda işiqlandırılmasını tövsiyə edib.
    Şura üzvləri Tərtər rayon İcra Hakimiyyətinin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq fəaliyyət göstərəcəklərini və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.

     

    Müəllif: Redaktor, 09:49

İsmarıclar bağlıdır.