Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyl

    Azərbaycanın səsini dünyaya yayanlar

    Bərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canından keçmiş şəhid jurnalistlərin guşəsi önünə gül dəstələri qoyublar. Sonra hərbi jurnalist Şöhrət Eyvazovun Vətən müharibəsində düşməndən qənimət olaraq götürülmüş “Boş qalan papaqlar” adlı kolleksiyasına baxış keçirilib.
    Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın, həmçinin şəhid jurnalistlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Media nümayəndələrinin Vətən müharibəsi dövründəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
    Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxışında Azərbaycan milli mətbuatının yaranmasından, şərəfli və zəngin tarixindən danışaraq, mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arzulayıb.
    Vəsilə Möhsümova 44 günlük Vətən müharibəsində qazanılan Qələbədə medianın xüsusi rolunun olduğunu vurğulayıb. Bildirilib ki, media nümayəndələri çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Birbaşa hadisə yerindən informasiyalar, foto və videolar yayımlayaraq, xalqımızı məlumatla təmin etdilər.
    Media nümayəndələri tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bölgə jurnalistlərimiz təkcə 44 günlük Vətən müharibəsi döv-ründə deyil, atəşkəs dövründə də informasiya müharibəsinin cəbhəsində gərgin çalışıb, ermənilərin təxribatları, yaşayış məntəqələri-mizin atəşə tutulması, regionun sosial-iqtisadi həyatı, Qarabağın tarixi, mədəniyyəti ilə bağlı informasiyalar, reportajlar hazırla-yıblar. Postmüharibə dövründə isə xalqımızı işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif istiqamətli informasiyalar, o cümlədən həyata keçirilən inkişaf, bərpa-quruculuqla bağlı məlumatlandırırlar.
    Sonra bir qrup mətbuat nümayəndəsi Bərdə Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı ilə təltif olu-nub. Təltif olunanlar arasında “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova da vardır.
    Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:14

İsmarıclar bağlıdır.