Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyl

    Jurnalistikamızın əsas qayəsi vətənpərvərlikdir

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 22 iyul – Milli Mətbuat gününün 147-ci ildönümü və Jurnalistika Günü münasibətilə “Yeni Tərtər” rayon qəzetinin kollektivini və bölgədə fəaliyyət göstərən mətbuat işçilərini qəbul edib. Tədbirdə “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, Bizim.medianın bölgə müxbiri Elgün Gəncimsoy və digərləri iştirak ediblər.
    İcra başçısı mətbuat işçilərini təbrik edərək, onlara şərəfli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib.
    Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider KİV-in cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində mətbu orqanlarını maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.
    Rayon rəhbəri Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuatı haqqında bir fikrini xatırladıb: “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş Milli Mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”.
    Media işçiləri istər torpaqlarımız işğal altında olanda, istərsə də Vətən müharibəsi zamanı Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıblar. Ali Baş Komandanımızın dediyi kimi, jurnalistlər vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli tövhələr veriblər.
    Sonra “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, “Yeni Tərtər” qəzetinin redaktoru Svet-lana Bağırova, Bizim. medianın bölgə müxbiri Elgün Gəncimsoy çıxış edərək, mətbuata dövlət dəstəyindən, müasir mətbuatın vəzifələrindən, mətbuatın cəmiyyətin tərəqqisin-dəki rolundan danışıblar.
    Rayon rəhbəri qəzetin redaktoru Svetlana Bağırovanın Tərtər şəhidləri barədə hazırladığı kitabın elektron variantı ilə tanış olub, öz tövsiyələrini verib.
    Tədbirin sonunda mətbuat işçilərinə rayon icra hakimiyyəti başçısı tərəfindən diplomlar və təşəkkürnamə təqdim olunub.
    Media işçiləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    Mətbuat günü münasibəti ilə verilən çay süfrəsindən sonra xatirə şəkilləri çəkilib.

     

    Müəllif: Redaktor, 10:19

İsmarıclar bağlıdır.