Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,256
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek

    TERRORÇULARIN  İSLAMİ  HUMANİST  DƏYƏRLƏRDƏN XƏBƏRİ YOXDUR

    1448542756_yenisumqayit.az-04Bu yazını yazarkən təssüfmü deyim, kədərmi deyim keçirirəm, bilmirəm, adamın hissləri qarışır. Yaşadığın torpağa, böyüdüyün elə, vətəndaşı olduğun dövlətə xain çıxmağın adı varmı? Özü də hansı torpağa? O torpağa ki, bir hissəsi işğal olunub. Hansi elə? O elə ki, ağsaqqallarının bir kəlməsi ilə qan yatırılıb. Hansı dövlətə? O dövlətə ki, ətrafı müharibə və terrorla doludur. Bu torpağın üstündə boy atıb, bu ölkənin çörəyini yeyib başqa qüvvələrə xidmət etmək nə islam dininə, nə də millətimizin qeyrətinə sığmaz. Azərbaycan müstəqil-liyinin 24 ili ərzində nail olduğu uğurları digər ölkələr 30 il, 50 il, hətta 100 il ərzində belə qazanmayıblar. Əlbəttə, əksər ölkələr BMT səviyyəsində çıxış edən, dünya miqyaslı idman, musiqi, dini, turizm, mədəniyyət tədbirlərinin təşkilatçısı, bir çox beynəlxalq layihələrin təsisçisi kimi inkişaf səviyyəsinə çatmış bir ölkənin varlığı ilə mübarizə aparırlar. Təəssüflər ki, belə avantüraların daxili qurbanları olan nankor insanlar bu vətənin sakinləridir və biz onları Nardaran hadisələrində gördük. Nardaranda baş verənlər Azər-baycan ictimaiyyətinin dərin hiddətinə səbəb oldu. Çünki burada Azərbaycanın sivil birgə-yaşayış qaydaları tamamilə inkar olunurdu.
    Artıq hüquq-mühafizə orqanları Nardaranı ekstremist isteh-kamına döndərənlər barədə sərt ölçü götürürlər. Burada ictimai davranış normalarının bərqərar edilməsi üçün zəruri olan bütün tədbirlər görülməkdədir.
    Ölkəmiz əsrlər boyu bütün dinlərdən olan insanların bəra-bər dəyərlər paylaşdığı humanitar bir məkandır. Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə aparılmış islahatların nəticəsində ölkəmizdə mövcud azsaylı millətlərin dini, mənəvi, siyasi hüquqları təmin olun-muşdur. Məhz belə bir şəraitdə hər bir vətəndaş bu firavanlığı yüksək qiymətləndirməli, dövlətimizə sadiq olmalıdır. Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, onun apardığı siyasəti dəstəkləməliyik. Bu, bizim milli borcumuzdur. Ölkəmizdə formalaşan böyük gənclər ordusu dövlətimizin işıqlı gələcəyinin qarantıdır. İnanırıq ki, ölkəmiz Prezidentimizlə xalqımızın birliyi sayəsində sürətlə inkişaf edəcək, bayrağımız ən yüksək zirvələrdə dalğalanacaqdır.

    Rəşad Qarayev,
    Qaraağacı kənd tam orta məktəbinin tarix müəllim

    Müəllif: Redaktor, 11:12

    Teqlər:

İsmarıclar bağlıdır.