Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    Avqustda doğulan tərtərli Vətən müharibəsi şəhidləri

    Əlizadə Elşən Faiq oğlu

    Elşən Əlizadə 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur.
    Elşən Əlizadə 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elşən Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəmilov Azər Elyas oğlu

    Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşan qəhrəman döyüşçümüz 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
    Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazi-lərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zama-nı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüş-lərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
    Azər Şəmilov oktyabrın 14-də Talış kəndinin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Bərdə rayonunun Kələntərli kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Şəmilov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət ordeni”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

    Hacızadə Ceyhun İfrayıl oğlu

    Ceyhun Hacızadə 1992-ci il avqust ayının 16-da Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2020-ci il ok-tyabr ayının 7-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ceyhun Hacızadə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Məmmədov Elman Bəhmən oğlu

    Elman Məmmədov 1991-ci ilin avqust ayının 17-də Tərtər rayonunun Borsunlu kəndində anadan olub.
    Elman Məmmədov oktyabrın 3-də Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş zamanı şəhid olub. Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elman Məmmədov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Əliyev Müzəffər Əli oğlu

    Müzəffər Əliyev 1971-ci ilin avqust ayının 27-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub.
    Müzəffər Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması zamanı sentyabr ayının 30-da Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin qarşısına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub.

    Əliyev Anar Vaqif oğlu (polkovnik-leytenant)

    28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açıb.
    Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə şəhid olub. Oktyabr ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırıb.

    Müəllif: Redaktor, 10:20

İsmarıclar bağlıdır.