Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Avq

    1993-cü ilin 23 avqust ta-rixi Füzuli və Cəbrayıl ra-yonlarının sakinləri ilə yanaşı, hər bir azərbaycanlı üçün ağır bir gün olub. Məhz həmin gün bu rayonların sakinləri öz dədə-baba yurdlarını tərk edərək, məcburi köçkün kimi müxtəlif ünvanlara səpələnib, onların maddi, mədəni, təbii sərvətləri isə erməni vandalları tərəfindən talan edilibdir.
    Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı ilə Zəfərlə başa çatan Vətən müharibəsi məcburi köçkünlərin qürurunu özünə qaytardı. İndi biz işğal tarixini unutmamaq üçün qeyd edirik. Əslində isə qəlbimiz sonsuz qürur və sevinc hissi ilə döyünür. Dövlət başçısının qayğı və diqqəti nəticəsində bu torpaqlara həyat qayıdır. Bu barədə Prezident İlham Əliyev deyib: “Bu gün Cəbrayıl şəhərinin baş planının təqdimatı olacaqdır və fəal işlər başlamışdır. Bu gün bir ilə görülmüş işlərə qiymət verərəkən, əlbəttə, görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşi-liyinin, erməni vandallığının şahidi olur”.
    Cəbrayıl rayonu kimi, Füzulidə də böyük quruculuq işləri görülür. Ən müasir tələblərə cavab verən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi buna əyani sübutdur.
    Görülən işlər bir daha sübut edir ki, bu torpaqlar, ermənilərdən fərqli olaraq, azərbaycanlıların dədə-baba torpaqlarıdır və tezliklə dövlətimizin köməyilə buralar cənnətə dönəcək.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.