Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Avq

    24 avqust 2022- ci il tarixdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri  onu göstərir ki, dövlətlər arasındakı dostluq və əməkdaşlıq  münasibətləri hər iki dövlət üçün  maraqlıdır. Bu dostluq və əməkdaşlığın inkişafını  analiz edəndə görürük ki, əməkdaşlıq yüksək səviyyədədir. Dostluğun bariz nümunəsi olaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində ölkəmizin  yeritdiyi siyasət, apardığı haqq-ədalət  müharibəsi  Qazaxıstan dövləti tərəfindən  birmənalı olaraq dəstəklənmişdir. Bu gün də Azərbaycanın inkişaf potensialı yetəri qədər yüksəkdir. Hazırda ölkələrarası əlaqələr yüksək şəkildə inkişaf edir. Azərbaycan və Qazaxıstan neft, rabitə, kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edir. Ən önəmli məsələlərdən biri də strateji münasibətlərin inkişafıdır. Bütün bunlar iki dövlət arasındakı əlaqələrin daha da güclənməsinə öz töhfəsini verir.

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri  bir daha sübut edir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətın yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Ölkə başçımızın Qazaxıstan Respublikasının Prezidenti tərəfindən  Qazaxıstanın Ali Ordeni ilə təltif etməsi, eləcə də işğaldan azad olunmuş Füzuli rayonunda xüsusi uşaq yaradıcılıq mərkəzinin tikintisinə başlanılması, bünövrəsinin qoyulması bir daha sübut etdi ki, iki qardaş ölkə bir-birinə dəstək verməkdə və bu dəstəyi genişləndirməkdədir. Azərbaycanın dövlət rəhbəri haqqında Qazaxıstanın Prezidentinin söylədiyi xoş sözlər, dəyərli fikirlər göstərdi ki, həqiqətən də Azərbaycan Prezidenti bu gün dünyada sülhün, əminamanlığın bərqərar olmasında, eləcə də ölkələrarası münasibətlərin yaxşılaşdırılmasında fəal, mübariz, həm də uzaqgörən siyasi xadimdir. Dövlətlər arasında bir çox vacib  sənədlərin imzalanması hər iki dövlət arasında  münasibətlərin inkişafının sürətləndirilməsinə və irəliyə doğru addımların atılmasında önəmli yer tutur.

    Belə nəticəyə gəlmək olar ki,  bu görüşdən sonra da Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edəcəkdir. Möhtərəm Prezidentimizin  jurnalistlərlə görüşü zamanı  dediyi kimi  hər iki dövlət  bir çox beynəlxalq tədbirlərdə, bir-birlərinin mövqelərini, haqq, ədalət uğrunda apardıqları mübarizəni dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.

    Eldar Əsədov,

    YAP Tərtər rayon təşkilatının sədri

     

    Müəllif: Redaktor, 15:31

İsmarıclar bağlıdır.