Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    Xavər Xuduzadə–501 bal

    Qaradağlı kənd tam orta məktəbində təhsil alıb. Hər bir şagird kimi onun da arzusu ali məktəbə qəbul olmaq olub. Odur ki, orta məktəb müəllimlərindən elmlərin açarı olan fənləri – Azərbaycan dilini, riyaziyyatı, tarixi və sair fənləri mükəmməl öyrənməyə çalışıb. Üstəlik müəllim yanında fərdi hazırlaşıb. Artıq həyəcanlı günlər arxada qalıb. I qrupda imtahan verərək, Bakı Dövlət Universitetinə qəbul olub. Gələcəkdə savadlı riyaziyyat müəllimi kimi tanınması üçün tələbəlik illərində daha mükəmməl çalışmağa, elmin sirlərini dəqiq öyrənməyə, oxuduğu məktəbin və valideynlərinin etimadını doğrultmağa söz verib.

    Fidan Allahverdiyeva–506,1 bal

    Şəhər 1 saylı tam orta mək-təbin qa-baqcıl ənənələrini davam etdirərək, IV ixtisas qrupu üzrə imtahandan 506.1 bal toplayıb. Arzusu həkim olmaqdır. Orta məktəb müəllimlərinin hamısından razıdır, xüsusilə də riyaziyyatı sinif rəhbəri Günay müəllimdən, dil-ədəbiyyatı isə anası Nuranə müəllimdən öyrəndiyini söyləyir.
    Fidan deyir ki, həkimlik çətin olduğu qədər, həm də şərəfli peşədir. O, həmişə bu peşənin şərəfini qoruyacaq.

    Aynur Bayramzadə–501,4 bal

    Ələsgərli tam orta məktəbini bitirib. Bacısı Arzu Gəncə Dövlət Universitetinin tələbəsidir. Aynur bacısının yolunu davam etdirərək III ixtisas qrupu üzrə imtahan verib və 501.4 bal top-layıb. Deyir ki, ingilis dilinə həvəsi onda Zinyət müəllim oyadıb və buna görə müəlliminə minnətdardır.
    Qarşıda Aynuru və bu il tələbə adını qazanan gəncləri maraqlı tələbəlik həyatı gözləyir. Ölkəmizin müxtəlif universitetlərində rayonumuzu layiqincə təmsil etmək üçün onlar öz üzərlərində ciddi çalışacaqlar.

    Tamam Quluzadə –501,7 bal

    Ələsgərli kənd tam orta məktəbin builki məzunlarındandır. Dərs əlaçısı olub. İngilis dili fənnini daha çox sevib. Arzusu ingilis dili müəllimi olmaq idi. İndi arzusuna çatıb. Ali məktəbə qəbul imtahanı zamanı III qrupda imtahan verərək yüksək nəticə əldə edib. Bakı Dövlət Universitetinin ingilis dili fakültəsinə qəbul olub. Bu müvəffəqiyyəti qazandığına görə valideyn və zəhməti olan müəllimlərinə minnətdarlıq edir. Tələbəlik illərində də yaxşı oxumasına söz verir. Bu illərdə ona uğurlar arzulayırıq.

    Kənan Həsənov–508 bal

    1 saylı tam orta məktəbin əlaçı şagirdlərindən biri olub. Məktəbdə oxuduğu illərdə davranışı və təhsilə olan marağı müəllimlərin diqqətindən yayınmayıb. Hətta avtomobil qəzası zamanı aldığı xəsarət onun dərsə olan marağını azaltmayıb. Bu yol-da Kənana həm valideynləri, həm müəllimləri dəstək olublar. Elə bu qayğının və inamın nəticəsidir ki, ali məktəbdə oxumaq şansı qa-zanıb.

    Həbib Nəcəfli–510 bal

    5 saylı tam orta məktəbin builki məzunlarındandır. Gələcəyin ta-nınmış həkimi olmaq məqsədi ilə yaşayıb. Bu gün qazandığı nəticə təkcə Həbibi sevindirmir. Oxuduğu məktəbin müəllimləri və onun doğmaları da bu uğura sevinənlərdəndir. Artıq o, IV qrupda imtahan verərək hərbi həkim olmaq üçün Tibb Universitetinə qəbul olub. Onu sevənlərin etimadını doğrultmağa söz verib.

    Elnur Əlizadə –510 bal

    2 saylı məktəb-liseydə təhsil alıb. Arzusu təhlükəsizlik xidməti əməkdaşı olmaq olub. Bunun üçün yuxarı siniflərdə oxuyarkən daha çox çalışıb. Elnur III qrup üzrə ali məktəbə qəbul imtahanı verərək arzusunda olduğu ali məktəbə qəbul olub. Gələcəkdə təhlükəsizlik sisteminin layiqli əməkdaşı olmaq üçün universitetdə daha yaxşı oxumağa söz verib.

    Əfruz Vəliyeva–515 bal

    Daha çox dəqiq elmlərə, ilk növbədə riyaziyyata böyük marağı var. O, şəhər 6 saylı tam orta məktəbi bitirib. II ixtisas qrupu üzrə imtahan verərək, 515 bal toplayıb. Azərbaycan İqtisad Universitetinin maliyyə fakültəsində oxumaq arzusundadır.
    Yoldaşlarını tələbə adı qazanması münasibətilə ürəkdən təbrik edir.

    Arzu Xanlarzadə–525,1 bal

    Uşaqlığından xarici dillərə həvəs göstərdiyini söyləyir. O, şəhər 1 saylı tam orta məktəbini bitirib. Məktəblə yanaşı, ingilis dilindən Nigar müəllimlə hazırlaşıb. Gələcəkdə özü də müəllim kimi fəaliyyət göstərmək arzusundadır. Arzu məktəb həyatndan ayrıldığı üçün təəssüflənsə də, tələbə olduğu üçün çox sevinir.

    Aytəkin Malızadə–528,6 bal

    Şəhər 2 saylı məktəb-liseyin fəxri olan məzunlarındandır. Sevimli fənləri tarix və dil-ədəbiyyatdır. Deyir ki, tarixi ona Sərxan müəllim, dil-ədəbiyyatı isə Nuranə müəllim sevdiriblər. Onların gərgin əməyi və özünün çalışqanlığı sayəsində III qrup üzrə qəbul imtahanını müvəffəqiyyətlə verərək, 528.6 bal toplayıb.

     

    Sona Zeynalova–531 bal

    Azadqaraqoyunlu kənd tam orta məktəbinin məzunudur. Arzusu xarici dilləri mükəmməl öyrənməkdir. Bu arzu ilə də dərslərinə ciddi hazırlaşaraq ali məktəblərə qəbul imtahanından yüksək bal toplamışdır.

    Aydan Hacızadə–547,2 bal

    Köçərli kənd tam orta məktəbinin builki məzunlarındandır. Hələ aşağı siniflərdə oxuyarkən, bir neçə dili mükəmməl bilməsi arzusu olub. Həyəcanlı anların ilk uğurunu qazanıb – ali məktəb tələbəsi olub. Ali məktəbə qəbul imtahanı zamanı 500-dən yuxarı bal toplayıb.

    Cabbar Cabbarlı –558 bal

    Səhlabad kənd tam orta məktəbinin 2022-ci il məzunudur. Başqa həmyaşıdları kimi, o da ali məktəbə qəbul olmaq məqsədi ilə birinci qrupda imtahan verib. Bütün çətin günlər arxada qalıb. Fövqəladə Hallar Akademiyasına qəbul olub, məqsədini reallaşdırıb. Bunun üçün valideynlərinə və zəhməti olan müəllimlərinə minnətdarlıq edir.

     

    Ziyəddin Məmmədzadə –558 bal

    Səhlabad kənd tam orta məktəbində təhsil alıb. Arzusu tanınmış və təcrübəli polis işçisi olmaqdır. Artıq həyəcanlı günlər arxada qalıb. Üçüncü qrupda ali məktəbə qəbul imtahanı verərək Polis Akademiyasına qəbul olunub. Gənclərə arzularına çatmaq məqsədi ilə təhsil istiqamətində çox çalışmalarını tövsiyə edir. Özü isə tanınmış polis işçisi olmaq məqsədi ilə ali məktəbdə daha yaxşı oxumağa söz verir.

    Əsmər Nəsirova–562 bal

    Şıxarx 2 saylı tam orta məktəbin məzunudur. O deyir ki, müəllim tədris etdiyi fənnə olan sevgisini şagirdinə verdikdə uğur qazanılır. Elə mənim ingilis dilinə marağımı artıran da sevimli müəllimim olub. Artıq o, III qrupda ali məktəbə qəbul olunmaq üçün imtahan verərək, Bakı Dövlət Universitetinin ingilis dili fakültəsinə qəbul olunub. Gələcəyin ən yaxşı ingilis dili müəllimi olmaq istəyir.

    Turanə Qasımzadə–569 bal

    Sarıcalı kənd tam orta məktəbinin builki məzunlarındandır. Dərs əlaçısı olub. Fənn olimpiadasında iştirakçı olub. O, bildirir ki, hələ orta məktəbdə oxuyarkən məqsədli olmaq lazımdır və həmin məqsəd üçün planlı şəkildə çalışmaq gərəkdir. Riyaziyyat fənni çox sevdiyim fəndir. Arzuma çatmaq üçün var gücümlə çalışmışam. Artıq ali məktəb tələbəsiyəm. Buna görə valideyn və müəllimlərimə minnətdarlıq edirəm.

    Sübhan Aslanlı–570 bal

    Azadqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb. Oxuduğu illərdə müəllimlərin etimadını doğruldub. Verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışıb, məktəb əlaçılarından olub. Rayonun ümumtəhsil məktəbləri arasında keçirilən fənn yarışmalarında iştirakçı olub, müəllimlərin yanında fərdi çalışıb. Artıq o IV qrupda imtahan verərək, ali məktəb tələbəsi olub.

    Kənan Kərimzadə –589 bal

    1 saylı tam orta məktəbin məzunudur. Əlaçı şagirdlərdən biri olub. Yuxarı siniflərdə oxuyarkən Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadalarda iştirak edib. Hər birində rayon mərhələsini keçib. Arzusu polis işçisi olmaqdır. Artıq arzusu reallaşıb. III qrupda ali məktəbə qəbul imtahanı verərək Polis Akademiyasına qəbul olub. İndi bu şərəfli peşənin layiqli davamçısı olmaq üçün onun üzərinə böyük məsuliyyət düşür.

    Fidan Əlizadə–590 bal

    2 saylı məktəb-liseyin məzunudur. Ən çox xarici dili-ingilis dilini sevir. Elə buna görə də sənədlərini III qrupa verib və 590 bal toplayıb. Deyir ki, uğur qazanmasında valideynlərinə və ona dərs deyən müəllimlərə, xüsusilə ingilis dili müəllimi Arzu Əliyevaya borcludur.
    Arzusu xarici dil, yaxud dövlət və ictimai münasibətlər ixtisasına yiyələnməkdir.

     

    Xədicə Qəmbərova –595,2 bal

    Köçərli kənd tam orta məktəbinin məzunu Xədicə Qəmbərova deyir ki, o, ədaləti qorumaq üçün oxuyub yaxşı hüquqşünas olmaq istəyir. Sənədlərini III ixtisas qrupuna verərək, 595.2 bal toplayıb. Xədicə söylədi ki, qazandığı uğurlarda məktəbin direktoru Elnur Ələk-bərovun zəhməti çoxdur. Cari ildə Xədicə Qəmbərova tarix üzrə respublika fənn olimpiadasının qalibi olub.

    Müəllif: Redaktor, 09:35

İsmarıclar bağlıdır.