Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    Vətəndaşların müraciətləri dinlənildi,
    şəhid bulağının açılışı oldu

     

     

     

     

     

     

    -Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Səhlabad kəndində səyyar qəbul-görüşü keçirilib.
    Qəbul-görüşdə çıxış edən rayon rəhbəri bildirib ki, yerlərdə keçirilən bu cür tədbirlər hər bir kəndin həyatı ilə daha yaxından tanış olmağa, insanların problemlərini bilavasitə özlərindən eşidib operativ həll etməyə kömək edir.
    Elə bu görüş zamanı da sakinlərdən Gülnarə Salahovanın, İman Almuradovun, Paklet İsmayılovanın və başqalarının müraciətləri dinlənilib, müvafiq tədbirlər görülüb.
    Görüşdən sonra Səhlabad kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Orxan Aslanlının xatirəsinə inşa edilən bulağın açılışı olub.
    Bu mərasimdə rayon rəhbəri ilə birlikdə ictimaiyyət nümayəndələri, Orxan Aslanlının ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və kənd sakinləri iştirak ediblər. Məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səhlabad kəndində olarkən həmçinin Orxan Aslanlının ailəsini ziyarət edib və onların problemləri və qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri ilə birlikdə bir daha Orxanın şərəfli ömrünün səhifələri vərəqlənib. Qeyd olunub ki, gənc həyatlarını vətən və xalq yolunda fəda edən bu igidlər əbədiyaşrlıq qazanıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:02

İsmarıclar bağlıdır.