Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən iclasda Tərtər Rayon İcra İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri iştirak ediblər.
    Yığıncaq iştirakçıları öncə mənalı, şərəfli ömrünü Azərbaycan xalqına və müstəqil dövlətimizin hərtərəfli inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Yığıncağı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Ko-mandan cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışının mühüm məqamlarından danışıb.
    Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlərin uğurla davam etdirildiyini bildirdi. Qeyd etdi ki, 2022-ci ilin yanvar-iyun aylarında rayonumuzda tikinti-quraşdırma və abadlıq işləri uğurla davam etdirilmişdir. Tərtər şəhərinin Əli İsmayılov, Teymur Rəhimov və Vaqif küçələrində divarlar aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçədə olan kommunikasiya xətləri səliqəyə salınmışdır. Tərtər şəhərinin Mübariz Kərimov küçəsində 1.4 km yol asfalt örtüyü ilə üzlənmişdir. Tərtər rayonunun Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zol-gəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərin binası tikilib istifadəyə verilmişdir. Rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının tikinti işləri davam etdirilir. 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi və Tərtər şəhər 5 saylı tam orta məktəbləri üçün yeni məktəb binasının tikinti işləri davam etdirilir, 1 saylı Şıxarx tam orta məktəbi üçün yeni modul tipli məktəb binası quraşdırılmışdır. Rayonda respublika və yerli əhəmiyyətli avtomobil yollarında 1054.5 min manatlıq saxlanma işləri görülmüşdür.
    2022-ci ilin yanvar-iyun ayları ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zolaqlarında 1000-dən çox müxtəlif növ ağaclar, 250 ədəd gül kolları və 10 min ədəd həmişəyaşıl kolları əkilmişdir.
    2022-ci ilin yanvar-iyun ayları ərzində ümumi məhsul buraxılışının həcmi rayonumuzda 130 milyon 798.3 min manat olmuşdur. 2021-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 32.6 faiz artmışdır.
    Hesabat dövründə sənaye istehsalı 2.2 dəfə artaraq 8 milyon 527.5 min manat, nəqliyyat xidmətlərinin həcmi 37.4 faiz artaraq 1048.2 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 6.4 faiz ataraq 441.7 min manat, əhaliyə göstərilən ödənişli xidmətlər 5.1 faiz artaraq 17 mil-yon 736.4 min manat, ictimai iaşə xidmətləri 18.1 faiz artaraq 1 milyon 535.8 min manat olmuşdur.
    Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 33 milyon 152.5 min manat təşkil etmişdir ki, onun 31 milyon 522.1 min manatı və ya 95.1 faizi tikinti-quraşdırma işlərinə yönəlmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilən investisiyaların həcmi 2.8 dəfə artmışdır. Cari ilin yanvar-iyun ayları ərzində 1840.6 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
    Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə hesabat dövründə 66 yeni iş yeri açılmışdır.
    2022-ci ilin 6 ayı ərzində 11 şəhid ailəsinin üzvü, 6 nəfər qazi rayonun ayrı-ayrı idarə və müəssisələrində işlə təmin olunmuşdur.
    Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması diqqət mərkəzində olmuşdur. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da aqrar sektorun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülmüşdür. 2022-ci ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatı məhsulunun ümumi həcmi 56 milyon 423.5 min manat təşkil etmişdir ki, onun 33 milyon 923.7 min manatı bitkiçilik, 22 milyon 499.8 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır.
    2022-ci ildə 8102.9 hektar sahədə taxıl becərilib ki, onun 3976.7 hektarı buğda, 4126.2 hektarı arpa olmuşdur. Həmin sahələr yüksək aqrotexniki qaydalara əməl olunmaqla becərilmiş, bütün qüvvələr və kənd təsərrüfatı texnikaları səfərbər edilərək taxıl biçini qısa müddətdə başa çatdırılmışdır. 8102.9 hektar taxıl sahəsindən 33 min 233.1 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 41 sentnerdir. 3976.7 hektar buğda sahəsindən 17 min 341.2 ton buğda, 4126.2 hektar arpa sahəsindən 15 min 891.9 ton arpa məhsulu istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 43.6 sentner, arpa üzrə 38.5 sentner olmuşdur. Hər hektardan orta məhsuldarlıq 2021-ci ilə nisbətən buğda üzrə 0.7 sentner, arpa üzrə 0.6 sentner çox olmuşdur. Buğdanın və arpanın məhsuldarlığına görə rayonumuz ölkə üzrə 5-ci yerdədir.

    Müəllif: Redaktor, 10:12

İsmarıclar bağlıdır.