Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Sen

    SƏHNƏMİZİN BALACA NURU

    Nur Babayeva hələ balacadır. Cəmi 6 yaşı var. 5 saylı uşaq bağçasının yetirməsidir. Bu ildən isə artıq məktəbə qədəm qoyacaq, digər uşaqlar kimi parta arxasında əyləşərək, elmin sirlərinə yiyələnəcək.
    Bəs, Nuru digər uşaqlardan fərqləndirən nədir? Bu sualla biz 5 saylı uşaq bağçasının musiqi müəllimi Nəzrin Fərəcovaya müraciət etdik. Nəzrin müəllim dedi:
    – Nur bağçamıza körpə vaxtlarından gəlir. Elə ilk günlərdən də biz onun çox istedadlı uşaq olduğunu görüb, ciddi məşğul olmağa başladıq.
    Az bir müddətdə Nur bir çox mahnı və rəqs öyrəndi, əvvəlcə elə bağçada keçirilən tədbirlərdə çıxış etməyə başladı. Həm uşaqlar, həm də böyüklər tərəfindən sevildi. Bundan sonra rayon tədbirlərində bir-birindən uğurlu çıxışları ilə tamaşaçıları valeh etdi. Hansı səhnə olursa-olsun, Nur burada özünü sərbəst aparır, eyni zamanda oxuyur və rəqs edir. Səhnədə onu uşaq bağçasının digər balaca fidanları müşayiət edirlər.
    Uşaq bağçasının digər müəllimi Mətanət Paşayeva da öz ürək sözlərini bildirdi:
    – İstedadlı uşaqlar kiçik yaşlarından tanınır. Nur da belələrindəndir. Biz isə onun bu qabiliyyətini ci-lalayaraq, səhnə davranışının formalaşmasına kömək etdik. Bu gün ifa etdiyi “Ulu Öndər”, “İgid əsgər”, “Azərbaycan”, “Yol gedir Şuşaya” mahnıları ilə bu balaca qızcığaz qəlblərə nur səpir, tərtərlilərin vətənpərvərlik hisslərini gücləndirir.
    Rayon tədbirlərində uğurlu çıxışlarına görə Nur Babayeva Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tə-rəfindən Təşəkkürnamə və qiymətli hədiyyə alıb.
    Bu yaxınlarda “Şuşa ili” çərçivəsində keçirilən tədbirdəki çıxışına görə isə Tərtər Rayon Polis Şöbəsi tərəfindən mükafatlandırılıb. Şöbənin rəisi, polis polkovniki Elçin Qasımov tərəfindən Nur Babayevaya Fəxri fərman və qiymətli hədiyyə verilib.
    Kiçik yaşlarından tərtərlilərin sevimlisinə çevrilən Nurun anası Günel xanım deyir:
    – Uğura aparan yol heç zaman asan olmur. Nur da indiyədək bu yolu kiçik addımlarla, ancaq böyük zəhmətlə keçib. Buna görə şəhər 5 saylı uşaq bağçasının müdiri Nigar Məmmədova başda olmaqla, bütün kollektivə ailəmiz adından təşəkkürümüzü bildirirəm. Həmçinin öz alqışları ilə balaca fidanları ruhlandıran tərtərlilərə “çox sağ olun” deyirəm.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:13

İsmarıclar bağlıdır.