Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Sen

    Sentyabrda doğulan tərtərli
    Vətən müharibəsi şəhidləri

    Məmmədli Sənan Səlim oğlu

    Sənan Məmmədli 1997-ci il sentyabr ayının 4-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Məmmədli oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məmmədli Sənan ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Qənbərli Qənbər Bəhruz oğlu

    Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qənbər Qənbərli sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qənbər Qənbərli ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.

    Əzizov Ayşad Qaryağdı oğlu

    Ayşad Əzizov 1990-ci il sentyabr ayının 5-də Tərtər rayonunun Əskipara kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayşad Əzizov sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Əskipara kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ayşad Əzizov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Hacıyev Rüstəm Firqani oğlu

    Rüstəm Hacıyev 1999-cu ilin sentyabr ayının 22-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hacıyev Rüstəm sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Qaynaq qəbiristanlığında dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rüstəm Hacıyev ölümündən sonra “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Verdiyev İsax Ədalət oğlu

    İsax Verdiyev 1997-ci il sentyabr ayının 21-də Kalininqrad şəhərində anadan olub.
    Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
    5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olub. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsax Verdiyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Əliyev Mehman Sovet oğlu

    Mehman Əliyev 1977-ci ilin sentyabr ayının 4-də Tərtər şə-hərində anadan olub. Mehman Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərini ağır silahlardan atəşə tutması nəticəsində 28 sentyabr tarixində şəhid olub. Tərtər şəhərində dəfn olunub.

     

    Müəllif: Redaktor, 09:31

İsmarıclar bağlıdır.