Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Sen

    Yaponiyanın Azərbaycandakı səfirliyi və BMT QAK-ın Azər-baycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Vətən müharibəsi zamanı dağıntılara məruz qalmış ərazilərlə tanış olmaq məqsədilə Tərtər rayonunda olub.
    Doktor Anio Kananin Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən qəbul edilib. Rayon rəhbəri ona Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəymiş, dağıntılar olmuşdur.
    Dinc əhali 16 mülki şəhid verib, erməni vandalları tərəfindən şəhər qəbiristanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak edən 4 nəfər həlak olub.
    Qonaq Ermənistan silahlı qüvvələrinin “Smerc” raketləri ilə hücumu nəticəsində Tərtər şəhəri, Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun dağılmış, hazırda erməni vandalizminin sübutu kimi saxlanılan ev muzeyi və onun yerinə inşa olunmuş yeni evdə yaradılan şəraitlə də tanış olub, ermənilər tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamanı rayona dəymiş ziyanı əks etdirən fotostentdlərə baxıb, son-ra isə müharibə vaxtı rayonda mülki müdafiə qərargahının fəaliyyət göstərdiyi ərazidə olub, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsinə baxıb.
    Həmçinin qonağa bildirilib ki, 44 günlük Vətən müharibəsində tərtərlilər arxa cəbhədə mərdliklə dayanıb, ordumuza dəstək olublar. Şəhərin dayanmadan atəşə tutulması onların əzmini qıra bilməyib. Çünki biz haqq işi uğrunda, torpaqlarımızın azadlığı uğrunda vuruşduq və nəticədə Böyük Qələbə qazandıq.
    Doktor Anio Kananin ətraflı məlumata və səmimi qəbula görə öz razılığını ifadə edib.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 10:20

İsmarıclar bağlıdır.