Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    GunayRusiya ilə Azərbaycan arasında tarixən müxtəlif sahələrdə əlaqələr mövcud olub.
    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da orta məktəblərdə rusdilli təhsil qorunub saxlanılıb. Respublikamızın ali məktəblərində də tədris həm Azərbaycan, həm də rus dilində keçirilir. Bakıda Slavyan Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Bu ilin sentyabrında isə İ.M. Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin filialı açılıb.
    Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya nüma-yəndəliyinin rəhbəri Leyla Əliyeva və onun başçılıq etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Azərbaycan həqiqətlərinin Rusiya və dünya icti-maiyyətinə çatdırılmasında xüsusi fəaliyyət göstərir. Bu yaxınlarda Leyla Əliyevanın “Puşkin” medalı ilə təltif edilməsi də iki dövlət arasında dostluq əlaqələrinin inkişafının bariz nümunəsidir.
    Rayonumuzda da rus dilinə maraq böyükdür. Məhz bu marağın nəti-cəsidir ki, şəhər 1 saylı tam orta məktəbin rus bölməsində təhsil alan uşaqların sayı ildən-ilə artır. 110 ildən çox bir müddətdə beynəlmiləl məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağının yetirmələri dünyanın müxtəlif guşələrində yaşayır, işləyir, doğma məktəblərinə şan-şöhrət gətirirlər.
    Cari tədris ilində rus bölməsinin 1-ci sinifinə 30-a yaxın uşaq qəbul olunub. Maraqlıdır ki, onların arasında rayonumuzun kəndlərindən də gələnlər var. İsmayılbəylidən, Evoğludan övladlarını rus bölməsinə gətirən valideynlər uşaqlıqdan onlara xarici dil öyrətməklə gələcəklərini daha parlaq görmək istəyirlər.
    –Bəs, bu uşaqlar əvvəlcədən rus dilini bilirlərmi? –deyə birin-cilərin müəllimi Roza Muxtarovaya müraciət etdik. O dedi:
    –Əksəriyyəti məktəbə gələndə rus dilində bir kəlmə də bilmirdi. Ötən tədris ilinin sonunda iki ay balacalarla hazırlıq keçdik ki, onların adi anlayışı olsun. Yəni rus bölməsində işləyən müəllimin qarşısında iki vəzifə durur–ilk növbədə birincilərə dil öyrətmək, sonra isə tədris proqramını mənimsətmək.
    Roza müəllim özü də bu mək-təbin yetirməsidir. 1970-ci ildə bu məktəbi, sonra isə Sabir adına Pedaqoji texnikumu bitirib. Qi-yabi yolla indiki Slavyan Universitetində (keçmiş Axundov adına APİ) təhsil alıb. Bir müddət Azərbaycan bölməsində rus dilini tədris edib. 35 ildən çoxdur ki, ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
    Artıq valideynlər özləri bir neçə ay əvvəl məktəbə gətirdikləri öv-ladlarını tanıya bilmirlər. Onlar rus dilində sərbəst fikir söyləməyi, yazıb-oxumağı bacarırlar.
    –Əvvəlki tədris proqramından kurikulum üsulunun fərqi və bunun üstünlükləri nədədir?–deyə müəllimə müraciət etdik. O dedi:
    –Əvvəl dərs prosesinin ağırlığı əsasən müəllimin üzərində olurdu. O danışırdı, izah edirdi və s. İndi isə bizdən uşaqların fəallığını artırmaq tələb olunur. Məqsəd şagirdlərə müstəqil işləmək qabiliyyətinin aşılanmasıdır. O cümlədən fənlər bir-biri ilə əlaqəli şəkildə öyrədilir, uşaq-larda məntiqi təfəkkürün formalaşmasına nail olunur. Mən deyərdim ki, nəticələr pis deyil. Birincilər olmasına baxmayaraq, şagirdlərim artıq sərbəst şəkildə testlər üzərində işləyirlər.
    Tədrisin hansı dildə aparılmasından asılı olmayaraq, məktəbdə ilk gündən uşaqlara vətənpərvərlik hissləri aşılanır. Roza müəllimin şagirdləri də dövlət atributları haqqında ətraflı bilgilər əldə etmiş, himnimizi öyrənmişlər.
    Quş qanadlı illər ötəcək, bu il ilk dəfə olaraq onları bir araya gətirən məktəb zənginin ardınca son zəng səslənəcəkdir. Kim bilir, bu gün parta arxasında əyləşib maraqla, bəzən həyəcanla müəllimini din-ləyən bu balaların hansı həkim, tarixçi, yaxud biznesmen olacaq? Yollar ayrılacaq, amma bu illər ərzində ürəklərdə yuva salmış yoldaşlıq hissləri ömür boyu yaşayacaq, onları birləşdirəcək. İlk müəllim də unudulmayacaq.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:01

    Teqlər:

İsmarıclar bağlıdır.