Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Amin və Ziba əkiz bacı-qardaşdılar. Rayonumuzun Seydimli kəndində doğulub boya-başa çatıblar. Şəhər 2 saylı məktəb-liseyin məzunlarıdır.
    Onların hər ikisi təhsil ardınca qardaş Türkiyəyə yola düşüblər. Eyni Universitetdə–Türkiyənin Giresun Universitetində təhsil alacaqlar. Amin kompüter mühəndisliyi, Ziba isə iqtisadiyyat ixtisası üzrə oxuyacaq. Hər ikisinin ixtisası müasir həyatımıza uyğun olduğu üçün, yaxşı oxumağa, valideynlərinin etimadını doğrultmağa söz veriblər.
    Həmçinin qardaş ölkəni görmək, burada yaşamaq onlar üçün çox maraqlıdır.
    Yola düşməzdən əvvəl qəzetimizə verdiyi müsahibəsində Amin dedi:
    – Bu il məktəbi bitirən sinif yoldaşlarımızın əksəriyyəti universitetlərə qəbul olub. Mən və bacım onların hamısını təbrik edir, bol-bol uğurlar arzulayırıq. Söz verirəm ki, Türkiyədə Azərbaycanı layiqincə təmsil edəcəyik.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 08:36

İsmarıclar bağlıdır.