Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Vətəni, milləti, bayrağı, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə misilsiz şücaət və rəşadət göstərmiş və ən böyük fədakarlıq edərək canından keçmiş igidlərimizdən biri də Bəyimsarov kəndindən olan Tural Aqil oğlu Məmmədlidir.
    Onun ailəsi 1988-ci ildə bu kəndə Göyçə mahalından köçüb.Tural həmin hadisələri görməyib. O, 10 il sonra, 1998-ci ilin bayram günündə, martın 22-də dünyaya gəlib.
    Amma digər nəvələr kimi, babası Vəli kişinin söhbətlərini dönə-dönə dinləyib. O yerlərin vurğunu olub. Ev-eşiklərini dağıdan, doğmalarını elindən-obasından didərgin salan ermənilərə qarşı nifrət və qəzəb bürüyüb qəlbini.
    Tural uşaqlıqdan yaşıdları arasında seçilirdi. İdmanı çox sevir, at çapır, bir sözlə, sanki bütün hərəkətləri ilə özünü hərbçi həyatına hazırlayırdı.
    Həqiqi hərbi xidmətə böyük həvəslə yollandı. Əsgərlikdə baş atıcı idi. Anasının məhəbbətlə qoruyub saxladığı təşək-kürnamələr, Fəxri fərmanlar onun nümunəvi əsgər olduğunu göstərir.
    Müharibəyə də könüllü getdi. Dedi ki, üç qardaşıq. Birimiz getməliyik. Mən gedib Vətən qarşısında borcumu yerinə yetirəcəyəm. Getdi və sözünə də əməl elədi. Bütün varlığı ilə bu müharibənin tezliklə başa çatmasına çalışdı. O, həmlə taborunda döyüşürdü. Tabor ermənilərin uzun illər ərzində qurduqları istehkamları yararaq, qəhrəmancasına irəliləyirdi. Tural ailəsi ilə qısa söhbətlərində də deyirdi: “Ancaq irəli gedirik!”. Baş verənlərdən, göstərdiyi igidliklərdən bir kəlmə də dilinə gətirmirdi.Yalnız şəhid olandan sonra komandirləri, əsgər yoldaşları necə cəsur, qorxmaz, xeyirxah bir döyüşçü olduğunu ailəsinə söyləmişlər. Güclü idmançı olan Tural mərmi yağışı altında şəhid yoldaşlarını döyüş meydanından çıxarır, yaralılara ilk yardım göstərirdi. Onun cəbhə yolu Talışdan başlayıb Suqo-vuşanda başa çatdı. Burada ən uca məqama – şəhidliyə qovuşdu.
    Ailəsi ilə son dəfə oktyabrın 8-də danışmışdı. Bir müddət Turaldan heç bir xəbər olmadı. Uzun sürən axtarışlardan sonra onun nəşi tapılıb və noyabrın 4-də Bəyimsarov kəndində torpağa tapşırılıb.
    Tural Məmmədli Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

     

    Müəllif: Redaktor, 09:14

İsmarıclar bağlıdır.