Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Onlar ailədə beş qardaş idilər. Hər birinin arzuları vardı. Talehin isə ən böyük arzusu anasının rahat və xoşbəxt yaşamasıydı. Həddindən artıq zəhmətkeş olan ana həm çöl işinə gedir, həm ailədə 5 oğul və ataya qulluq edirdi. Gecəsi-gündüzü olmurdu. Hərdən anasının işdən-gücdən başı açılanda, şirin söhbətlər edirdilər. Taleh anasına söz vermişdi ki, təzə ev tikdirəcək, özündən balaca qardaşlarını böyütməyə kömək edəcək.
    Məhərzadə Taleh Oqtay oğlu 1995-ci il dekabrın 10-da rayonumuzun Qaynaq kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra kənddə müxtəlif özəl təsərrüfatlarda çalışmışdı. 2013-cü ildə orduya çağırılmış, 2015-ci ildə nümunəvi əsgər kimi xidmətini başa vurmuşdu.
    Birinci Qarabağ müharibəsindən sonra doğulan Taleh atəşkəs dövründə yaşasa da, ermənilərin onun doğ-ma kəndinin sakinlərinə qarşı törətdikləri təxribatların şahidi olmuş, vətənpərvər ruhda böyümüşdü.
    Odur ki, 2020-ci il sentyabrın əvvəllərində o, Azərbaycan Ordusu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmək üçün müraciət edib. Bu vaxt qardaşı Sakit də ordudaydı, gizir işləyirdi.
    Kəmalə xanım deyir ki, müharibə başlayanda, iki oğlu cəbhədəydi. Onlar müxtəlif istiqamətlərdə döyüşürdülər. Talehin cəbhə yolu Talışdan başlamışdı, Sakit isə Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının işğaldan azad edilməsində iştirak edib.
    Sentyabrın 27-də səhər o, anasına zəng vurub. Sonra Taleh qardaşı ilə danışıb, ondan xəbər bilib.
    Döyüş yoldaşı Vüsal Hüseynzadə danışır ki, cəbhədə ilk qələbənin sevincini yaşamaq Talehə qismət oldu. Həm də bu döyüşdə o, özünü qorxmaz bir əsgər kimi göstərdi.
    Taleh Məhərzadə sentyabrın 28-də Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Qaynaq kəndində dəfn edilib.
    Taleh Məhərzadə Azər-baycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrun-da”, “Laçının azad olunma-sına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

     

    Müəllif: Redaktor, 09:20

İsmarıclar bağlıdır.