Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Rüstəmin anası Arifə xanım deyir ki, orduda xidmət edən oğlu ad gününə qalmış 4 gün müddətində hər axşam onlara zəng vururdu. Sanki ürəyini boşaltmaq istəyirdi. 19 ildə çox danışan olmamışdı. İndi isə ilk dəfə olaraq uzun müddət ailəsindən uzaq düşmüşdü. Atasına, anasına, qardaşlarına olan məhəbbətini onlara çatdırmağa tələsirdi. Komandirlərindən, yoldaşlarından danışırdı. Qardaşlarına tapşırırdı ki, özünüzü ordu həyatına hazırlayın, idmanla məşğul olun.
    Rüstəm 22 sentyabr 2001-ci ildə Yuxarı Qapanlı kəndində anadan olub.
    Sentyabrın 28-də valideynlərinə son zəngi gəldi. Həyəcanlıydı, amma bu həyəcanda bir fəxarət, qürur hissi də vardı. Dedi ki, narahat olmayın, az qalıb, tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. Nankor qonşularımız bir daha nə bizim kənd camaatının, nə də başqalarının rahatlığını poza bilməyəcəklər. Həmin gün Yuxarı Qapanlı kəndi ermənilər tərəfindən atəşə tutulurdu. Rüstəmin atası Firqani Hacıyev sanki bu səsləri eşitmirdi. Onun bütün fikri cəbhədə böyük oğlu Rüstəmin yanındaydı. Rüstəmin tərkibində olduğu hərbi hissə Kəlbəcər istiqamətində döyüşürdü.
    Sentyabrın 29-da xəbər gəldi ki, qonşunun oğlu Elməddin şəhid olub. Firqani kişi kənddən bir neçə nəfərlə onun nəşini gətirməyə getmişdi. Elə burada kənd bələdiyyəsinin sədri Suliddin Ələkbərov ona yaxınlaşdı. Onun görkəmindən ata başa düşdü ki, bələdiyyə sədri nəsə demək istəyir, ancaq bacarmır. O, hər şeyi başa düşdü. Elməddinlə bərabər öz oğlunu da son dəfə böyüyüb boya-başa çatdığı, uşaq ikən nadinclik etdiyi, böyüyəndə düş-məndən qoruduğu kəndə gətirdi.
    Sentyabrın 30-da gənc döyüşçü son mənzilinə yola salındı. Rüstəm Qaynaq kənd qəbiristanlığında dəfn olunub. Çox az yaşadı, amma qeyrətlə yaşadı.
    Onun hərbi xidmətdə göstərdiyi şücaətlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, Prezdentin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Hərbi xidmət-lərə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

     

    Müəllif: Redaktor, 09:24

İsmarıclar bağlıdır.