Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    ”Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq, bu, xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır və əməyi, qəhrəmanlığı əvəzolunmazdır”.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    DUMAN, SALAMAT QAL…

    Borsunlu kəndinin sakini olan Elman Məmmədov mərmi yağışı altında – 1991-ci il avqustun 17-də dünyaya gəlmişdi. Elə müharibə də həyatına son qoydu – 2020-ci il noyabrın 4-də şəhidlik zirvəsinə ucaldı.
    Elman onu tanıyanların hər birinin xatirində qorxmaz, igid, eyni zamanda çox şən bir insan kimi qalıb. Anası ilə həmişə zarafat edib deyərmiş ki, gözümü açıb müharibə görmüşəm, onun başa çatmasında da özüm içtirak edəcəyəm.
    Borsunlu rayonumuzun ən gözəl kəndlərindən biridir. Təbiəti füsunkardır. Kəndin ətrafındakı təpələr bu mənzərəyə xüsusi yaraşıq verir. Elman da təbiəti, ümumiyyətlə gözəlliyi çox sevirdi. Böyüyüb orta məktəbi bitirdikdən sonra fotoqraf peşəsini seçmişdi. Adi gözlə görə bilmədiyini fotoobyektivinin gözü ilə görür və olduqca maraqlı şəkillər çə-kirdi.
    Günlərin birində onun fotoobyektivində bir qız göründü və Elman anladı ki, həyatında bundan başqa heç kəs ola bilməz. Rayonumuzun Ələsgərli kəndindən olan Xanımla o, çox az bir müddətdə xoşbəxt ailə həyatı yaşadı. Bundan sonra oğlu Adəm dünyaya gəldi, ancaq Xanımı itirdi. Həkimlər gənc ananın həyatını xilas edə bilmədilər.
    Elman bu itkinin yerini heç nə ilə doldura bilmədi. Oğlu Adəmi isə göz yaşları içində övladlarının yoxluğuna dözməyən Xanımın valideynlərinə verdi.
    Hadisə baş verəndə o, 10 ilə yaxın idi ki, ordudan tərxis olunmuşdu. Əsgərlikdə sülhməramlılarda xidmət etmişdi. Ali təhsili olmasa da, savadlı oğlanıydı. Bütün bunları düşünərək, Elman yenidən orduya qayıtmaq, müddətdən artıq xidmət etmək qərarına gəlir. Fikrini anasına bildirəndə, o, əvvəlcə etiraz etmək istədi. Axı, üç oğlundan biri artıq ordudaydı. Ancaq Elmanın qərarı qəti idi.
    Beləliklə də, 2020-ci il iyunun 17-dən o, Azərbay-can Ordusu sıralarında müddətdən artıq xidmətə başlayır.
    Deyirlər ki, getməmişdən əvvəl yoldaşları ilə birlikdə kəndin ətrafındakı təpələrə çıxır. Dumanlı,çiskinli bir havaydı, sanki təbiət boz bir pərdəyə bürünmüşdü. Qollarını geniş açır, bütün bu gözəllikləri bir daha görməyəcəyini düşünərək, vidalaşır və deyir: “Duman, salamat qal, çən, salamat qal”.
    Anasına isə özlərini qorumağı və Adəmi tapşırır.
    Əvvəlcə Beyləqanda xidmət edirdi. BMP tuşlayıcısı idi. Yoldaşları deyirlər ki, gözündən heç bir hədəf yayınmazdı. Həmişə də irəliyə doğru can atırdı.
    Müharibə başlayanda, bir müddət evlərinə zəng edə bilməyib. Ancaq imkan ta-pan kimi, Füzulidən əlaqə saxlayıb. Yenə də Adəmi soruşub və deyib ki, hər şey mən dediyim kimi olacaq, bu müharibənin başa çatması üçün əlimdən gələni edəcəyəm ki, hamımızın övladları əmin-amanlıq şəraitində yaşasınlar.
    Döyüşlərin birində onların BMP-si düşmən tərəfindən vurulub və alışıb. Elman komandirini odun-alovun içindən sağ-salamat çıxarıb. Ancaq texnikanı təmir et-mək mümkün olmayıb.
    Bundan sonra kəşfiyyata getmək lazım gəlib. Birinci Elman irəli çıxıb və 6 nəfərlik dəstə ilə düşmənin arxa-sına keçib. Həmin dəstədən yalnız bir nəfər geri dönmüşdü. O, yoldaşlarının tapşırığı layiqincə yerinə yetirərək qəhrəmancasına şəhid olduqlarını söyləyib. Döyüş başa çatdıqdan sonra həmin hərbçiləri, Elman da aralarında olmaqla, götürmək mümkün olub. Hadisə Füzulinin Alıxanlı kəndində baş vermişdi.
    Elmanın kiçik qardaşı Rahil bu gün də Azərbaycan Ordusunda xidmətini davam etdirir. Rahil ali təhsillidir. Qardaşı şəhid olduqdan sonra o, ordudan tərxis edilə bilərdi. Ancaq bu barədə heç eşitmək belə istəməyib. Düşmənə qalib gə-lən günə qədər vuruşub. Qardaşının qisasını alıb.
    İki qardaş eyni istiqamətdə, eyni cəbhədə olsalar da, görüşmək onlara qismət ol-mayıb. Hər biri yalnız Vətən qarşısındakı borcunu layiqincə yerinə yetirmək barədə düşünüb.
    Elman Məmmədov 4 oktyabr 2020-ci il tarixdə Borsunlu kənd qəbiristanlığında dəfn olunub.
    Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elman Bəhmən oğlu Məmmədov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

     

    Müəllif: Redaktor, 09:33

İsmarıclar bağlıdır.