Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    gorod_bakuUzun illər üçün nəzərdə tutulan neft strategiyasının tətbiqi ilə respublikamızın enerji təhlükəsizliyinin təminatındakı rolu və xidmətləri artmışdır. Bu gün reallıq sayılan layihələr o illərdə əfsanəvi ideyalar kimi təqdim edilirdi. Baki-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum nəinki Azərbaycanın inkişafını müəyyən etdi, eyni zamanda, bölgədə və regionda tamamilə yeni situasiya yaratdı
    . Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurları önə çəkərək bildirb ki, biz bütün imkanlardan istifadə edib daim irəliyə baxmalıyıq.
    Bu günün reallıqları Ulu Öndər Heydər Əliyevin vaxtilə söylə-diyi “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafi, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq” fikrini təsdiqləyir.
    Ölkə Prezidenti İlham Əliyev belə bir fikir ifadə edir: “1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-ci ildə Azərbaycanın, ümumiyyətlə, gələcəyi haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu hansı istiqamətdə görür? Bütün bu suallar ölkə qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi.”
    Ümummilli Lider Heydər Əliyevin qətiyyətli və birmənalı siyasəti nəticəsində Azərbaycan düzgün yol secdi və bunun düzgün olmasını Azərbaycanın hazırkı inkişafında görürük. Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Böl-gənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur.
    Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin boyük uzaqgörənliklə irəli sürdüyü siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqların maksimum səviyyədə qorunmasına nail olmuşdur.
    Ölkə Prezidenti bildirmişdir ki, müstəqilliyimiz dövründə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz bu illər ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycan dost ölkədir və dostların sayının artmağı bizim siyasətimizin təntənəsidir… Bu illər ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib.

    Müəllif: Redaktor, 11:27

    Teqlər:

İsmarıclar bağlıdır.