Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Sen

    Kürdoğlu Abbasov, Sarov kəndi:

    Həmin günü Azərbaycan Ordusunun hər bir zabiti və əsgəri illər boyu gözləmişdi. Ona görə də komandanlıq tərəfindən əmr veriləndə, böyük ruh yüksəkliyi ilə döyüşlərə qatıldıq. Mənim döyüş yolum Talış kəndindən başladı. Bircə amalım vardı–şəhidlərimizin qisasını almaq. Bizi dayandırmaq mümkün deyildi. Bir yüksəkliyi alıb, digərinə doğru tələsirdik.
    Suqovuşanın alınmasında iştirak etmişəm. 10 oktyabr tarixində yaralandım.
    Möhtərəm Prezidentimizin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Həmçinin “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülmüşəm.

    Beyrək Quliyev, Hacıqərvənd kəndi:

    Müharibənin yalnız bir günü deyil, hər günü , hər saatı, hər dəqiqəsi yadda-şımıza ömürlük həkk olunub. Bunları unutmaq mümkün deyil. Müharibənin başlamasından iki il keçib. Ancaq əsrlər keçsə də, xalqımız torpaqlarımızın işğaldan azad edilməsində misilsiz şücaətlər göstərən qəhrəmanlarımızı heç zaman unutmayacaq. Şəhid analarının qarşısında baş əyirəm. Onların kədəri sonsuzdur, ancaq onlar bilirlər ki, xalqımıza başucalığını, azadlıq hissini bu şəhid oğullar bəxş ediblər. Ona görə də biz hamımız kədərlə yanaşı, sonsuz qürur hissi keçiririk.
    Mən sentyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanmışam. “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşam.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

     

     

    Rizvan Məmmədov, Buruc kəndi:

    Mən öz istəyimlə 7 il yarım müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət etmişəm. 27-si səhər-səhər əks hücuma başlamaq əmrini eşidəndə, heç də təəccüblənmədim. Çünki bu əmrə hazır idik. Onu gözləyirdik. Bilirdik ki, 30 il işğal altında inləyən torpaqları Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu azad edəcək.
    Hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırdıq. Mən də Suqovuşan uğrunda gedən döyüşlərdə yaralandım. Sağlamlığımı itirsəm də, çox qürurluyam. Çünki xalqımızın başucalığını qaytara bilmişik.
    Sinəmi bəzəyən “Suqovuşanın azad olunmasına görə” və “Azərbaycan Ordusunun “100 illiyi” medalları fəaliyyətimə verilən yüksək qiymətdir.

     

     

    Məhəbbət Niftalıyev, Evoğlu kəndi:

    Müharibəyə Talış istiqamə-tindən qatılmışam. Hər bir əsgər və zabit üçün bu savaş ölüm-dirim mübarizəsi idi. Həmçinin bizi bir arzu və istək birləşdirirdi. Bu, torpaqlarımızı azad görmək arzusuydu. Hər kəs ümumi amal uğrunda canından keçməyə hazır idi.
    Döyüşlərin birində mən də yaralandım. 7 saat meşədə mühasirədə qaldım.
    Möhtərəm Prezidentimiz İlham Əliyev biz qazilərə daim diqqət və qayğı göstərir. Yerlərdə problemlərimizin həllinə yaxından köməklik göstərirlər.
    “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medallarının mükafatçısıyam.

     

     

    Nurlan Məhərrəmli, Evoğlu kəndi:

    Müharibəyə könüllü getmişəm. Murovdağ, Talış, Suqovuşan istiqamətlərində dö-yüşmüşəm. Şəhid olmuş yoldaşlarıma Allahdan rəhmət diləyirəm.
    Şəhid anaları qarşısında baş əyirəm. Onlara səbr, dözüm arzulayıram.
    Övlad itkisi agır dərddir, ancaq şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası artıqlaması ilə alıındı. Vətən torpaqları düşməndən azad olundu.
    Bir əsgər kimi Vətən müharibəsi iştirakçısı, qazi olduğumdan qürur duyuram.
    Mənim də dövlət təltiflərim var. “Suqovuşanın azad olunmasına görə”, “Cəsur dö-yüşçü” , “Vətən müharibəsi iştirakçısı” medallarını sinəmdə fəxrlə gəzdirirəm.

     

    Müsahibəni apardı:

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 09:38

İsmarıclar bağlıdır.