Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Sen

    2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində şəhid olmuş Əhmədzadə Məftun Seymur oğlunun əziz xatirəsinə.

    Əzizimiz Məftun! Bu gün səni hamı bu adla çağırır. Hamımızın, hər bir ailənin əzizisən, doğmasısan. Şəklin əllərdə gəzir, şagirdlərin partalarının üzərinə qoyulur. Müəllimlər böyüyən nəslə sənin 26 illik əbədiyaşar ömrün haqqında məlumat verirlər.
    Sənin haqqında danışanda gözlərimiz yaşarsa da, bu, kədər göz yaşları olmaqla yanaşı, həm də qürurdan doğan hisslərdir. Axı, sən bizim qürurumuz, fəxrimizsən.
    Sən xatirələrdə çox güclü, təəssübkeş bir oğlan kimi yaşayırsan. Bunu Evoğlu kəndinin sakinləri, eləcə də səni tanıyan, sevən bütün insanlar, valideynlərin, doğmaların, “dayı” deyib, qollarını geniş açaraq özlərini qoynuna atan bacın uşaqları söyləyirlər.
    26 illik qısa ömründə evinə ancaq halal, zəhmətlə qazanılan ruzi gətirmisən, haram tikəyə əl uzatmamısan.
    Müddətdən artıq hərbi qulluqçu kimi işə qəbul ediləndə çox sevinmisən. Düşünmüsən ki, həm bir əsgər kimi Vətən qarşısında oğul borcunu yerinə yetirəcəksən, həm də maaşını ailənə göndərib ev-eşiyinizi düzəldəcəksən ki, tay-tuşların içində seçilməyəsən, valideynlərin qarşısında övladlıq borcunu yerinə yetirəsən.
    Elə son məzuniyyətini də buna görə götürmüşdün. Anan Pərvanə xanım deyir ki, evinizin təmiri üçün çox həvəslə tədarük görürdün. Bir həftə ərzində qonaqlarınız əskik olmadı. Hamı ilə bir-bir görüşüb, yola düşdün. Getdin ki, cəmi bir neçə gündən sonra bu ocağa bir qəhrəman kimi dönəsən.
    Vətənpərvər, düşmənə aman verməyən, cəngavər bir oğul kimi əbədi olaraq qəlbimizdə yaşayacaqsan.

    * * *

    Əhmədzadə Məftun Seymur oğlu 2 fevral 1996-cı il tarixdə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2014-cü ildə Evoğlu kənd tam orta məktəbini bitirib. Elə həmin ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
    Ordudan tərxis edildikdən sonra bir müddət “İctimai dəstəkli polis” layihəsinin iştirakçısı kimi fəaliyyət göstərib, sonra yenidən öz kəndlərində əkin-biçin işlərilə məşğul olmağa başlayıb. Nəhayət, 2021-ci ilin noyabr ayında anasına bildirib ki, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət etmək istəyir. Anasının xeyir-duasını alaraq, “Komando” dəstəsinə yazılıb. Şəmkirdə xidmət edib. Hadisədən bir ay əvvəl öz istəyi ilə ən çətin əraziyə–Laçın rayonuna dəyişdirilib.
    Sentyabrın 13-də Məftunun şəhid olması haqqında xəbəri eşitdik, sentyabrın 16-da isə qəhrəmanımız böyük izdihamla doğulduğu Evoğlu kəndinin qəbiristanlığında torpağa tap-şırıldı.
    Ailədə üç uşaq olublar, bir qardaş, iki bacı.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 09:52

İsmarıclar bağlıdır.