Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    nenecikNənələr zəngin xəzinədir, özü də təkcə bir ailə üçün yox, cəmiyyət üçün, böyüməkdə olan nəsil üçün. Odur ki, nə qədər imkan var, bu xəzinədən bəhrələnmək, onların öyüd-nəsihətlərini dinləmək lazım-dır. Belə olsa, nəsillər arasında əlaqə pozulmaz, xalqımızın gözəl adət-ənənələri unudulmaz.
    Bu günlərdə Hacıqərvənd kəndinin 83 yaşlı sakini, 5 övlad, 9 nəvə, 13 nəticə sahibi Adilə Aslanovanın qonağı olduq.
    Həyat-da yaşantılarından, gördüklərindən danışmasını xahiş etdik, bugünkü dövrümüzə münasibətini öyrəndik.
    Adilə nənənin uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. O zaman SSRİ adlanan ölkənin hər yerində olduğu kimi onun doğulduğu Seydimli kəndində də kişilərin əksəriyyəti müharibədə idi, kolxoz işlərini əsasən qadınlar və uşaqlar görürdülər. Adilə nənə deyir ki, müharibə dövründə yaşadıqlarım mənə mərhəmət hissi aşılayıb. Görürdüm ki, bəzən 1 kq un, yaxud bir ovuc qənd kiminsə övladını ölümdən qurtarır və, özümüzün də bu ərzağa böyük ehtiyacımız olduğu halda, anam bunları başqalarına verir.
    Ümumiyyətlə, mərhəmət hissini insanlarda ali kefiyyətlərdən biri hesab edən Adilə nənə 1949-cu ildə Hacıqərvənd kəndinə gəlin köçən-dən sonra da belə yaşamağa çalışıb. Onun həyat yoldaşı Saleh Aslanov əvvəllər neft kəşfiyyatı sahəsində, sonralar isə rayonumuzdakı elektromexanika zavodunda işləyib. Birlikdə 5 övlad böyüdüblər. Adilə nənə özü də kolxozda çalışıb. Pambığın becərilməsində, yığımın-da nümunə olub.
    O deyir ki, 1969-cu ilə kimi kolxoz işinin səmərəsi yox idi. Yəni nə qədər çalışsaq da, camaat çətinliklə dolanırdı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət tamamıilə dəyişdi. Kolxoz varlandı, biz isə zəhmətimizin mü-qabilində yaxşı əməkhaqqı almağa başladıq. Elə bil ruzi-bərəkət bu insanın ayağında idi. Camaat ev-eşik tikdirməyə başladı, həyətlərdə şəxsi minik maşınları göründü. Ulu Öndər dəfələrlə Tərtərə səfərləri zamanı Hacıqərvənd kəndində də olub, pambıqçılarla görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Müasir həyatımız haqqında isə Adilə nənə belə deyir:
    –Nəvəm Aslan Türkiyədə Uşaq Universitetində təhsil alır. Hər gün onunla internet vasitəsilə danışıram, üzünü görürəm. Bizi bu gözəl gün-lərə çıxaran Heydər Əliyev və onun layiqli övladı, cox sevdiyimiz Prezidentimizdir. Belə firavanlığı, belə şəraiti bəyənməmək nankorluqdur.
    Sonra o, otaqda yanan qaz sobasını göstərib dedi:
    ––Bu yaxınlarda kəndimizə qaz çəkiblər. Çox sağolsunlar. Gözəl yanacaqdır, rahatçılıqdır, istilikdir. Gün ərzində o biri oğlanlarımın da evinə gedirəm, qonşuluqda yaşayırlar, şükür, hamısı yaxşı dolanır. Bütün bunlara görə, kəndimizin, bütövlükdə Azərbaycan xalqının xoş günlərinə görə Prezidentimizə minnətdaram.
    Sonda Adilə nənə bildirdi ki, bu gün onun gümrah və yaxşı ya-şamasının səbəbi övladları, xüsusən də hər gün qayğısını çəkən gəlinidir. Ümumiyyətlə, bu ailədə ənənəvi “gəlin-qaynana” münasi-bəti, demək olar ki, yoxdur. Bunu ümumi doğmalıq hissi əvəz edir. Ona görə də ailədə xeyir-bərəkət də var, ruzi də.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:40

    Teqlər:

İsmarıclar bağlıdır.