Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Okt

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Verdiyev İsax Ədalət oğlunun ikinci ildönümü ilə əlaqədar  Sumqayıt şəhərində  yaşayan ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb, ailə üzvləri ilə  birgə onun xatirəsini yad ediblər.

    Ziyarət zamanı  şəhid İsaxın ailəsi onun  döyüş yolundan söhbət açıb, torpaq uğrunda göstərdiyi qəhrəmanlıqlardan fəxarətlə danışıb. Sonra şəhidin məzarı və xatirəsinə ucaldılmış bulaq ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.

    İsax Verdiyevin 1997-ci il sentyabr ayının 21-də Tərtər şəhərində anadan olub. Evin tək övladı idi. 5 dil bilən İsax İqtisad Universitetində oxuyarkən  savadlı olduğuna görə Türkiyədə təhsil almağa göndərilib.

    2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi  zamanı könüllü olaraq savaşıb. O, 2020-ci ilin oktyabr ayının 6-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ailəli idi, bir oğlu yadigar qalıb.

    Döyüş əməliyyatlarını və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsax Verdiyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

    Müəllif: Redaktor, 09:14

İsmarıclar bağlıdır.