Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    21592Uşaqların istedad və qabiliyyətlərinin vaxtında üzə çıxarılmasına və onların inkişaf etdirilməsinə valideynlərin, müəllimlərin, ümumiyyətlə uşaq tərbiyəsi ilə məşğul olan hər bir şəxsin cəlb edilməsi və bununla da millətimizin intellektual potensialının yüksəldilməsi problemi bizi çoxdan düşündürür.
    Son illər məktəbə gələn uşaqların hazırlıq vəziyyətinin müayinəsi gös-tərir ki, onların bir çoxunun intellektual səviyyəsi yaşlarına uyğun deyil, diqqəti, hafizəsi zəif inkişaf edib, ətraf mühit haqqında təsəvvürləri məhduddur. Tədqiqatlar göstərir ki, erkən yaşlarından uşaqlarla aparılan düzgün tərbiyə və təlim üsulları onların əqli inkişafına güclü təsir göstərir. Məsələn, əgər 5-6 yaşlı uşağın diqqəti zəifdirsə, davamlı deyilsə, inkişafetdirici test və əyləncəli oyunlardan istifadə edərək az müddətdə müsbət nəticə almaq olur.
    Hər bir valideyn övladının oxumağını istəyir. Bunu ilk gündən, yəni uşaq sözü deməyə başladığı zamandan etmək lazımdır. Körpənin beyni ağ vərəq kimidir. Hər bir şeyi qəbul edir və bunlar silinmir. Ona görə də uşağı ilk gündən dərsə, məktəbə meyl-ləndirmək lazımdır. Bu da vali-deynlərin üzərinə düşür. Çünki uşaq ən çox vaxtını ana ilə keçirir.
    Uşağın yaddaşının yaxşı olmasını istəyirsinizsə, beyni çalışmağa sövq edin. Çox zaman darıxdırıcı, yorucu iş görməyə adət etmiş beyin əvvəl-axır zəif və ətalətli olur. Məsələn, uşaq televizor qarşısında çox oturarsa, bu ona yalnız ziyan gətirər. Onun beyni bu elektron çöküntüsünü tozsoran kimi özünə çəkir. Lakin uşaq yaxşı kitab oxuyarsa, şahmatla məşğul olarsa, təbiət qoynuna və şəhərə gəzməyə çıxaraq ətrafı müşahidə edərsə, hər hansı bir əşyanı özü düzəldərsə və ya rəsmini çəkərsə, beyni daha yaxçı inkişaf etməyə başlayacaq. Çünki ona daxil olan informasiyaları dərk etmək üçün işləməyə məcbur olacaq. Beyin bu məlumatları yığmaq və təsnif edərək lazımsızları kənarlaşdırmaq, təhlil etmək, fikirləşərək, mülahizə yürütmək məcburiyyətində qalacaq.
    Uşağın inkişaf səviyyəsi öz yaş dövrü üçün xarakterik olan normalara uyğun gəlmirsə, bu problemi aradan qaldırmaq lazımdır. Belə olduqda mütəxəssislərə müraciət məsləhətdir.
    Hal-hazırda valideynlər məişət problemləri ilə daha çox məşğul ol-duqları üçün uşaqlara az diqqət ayırırlar. Ancaq bilməliyik ki, gələcək naminə övladlarımızın sağlamlığı hər şeydən irəlidir. Biz hamılıqla çalış-malıyıq ki, uşaqlarımızın həyatını sağlam quraq.
    Buna görə valideynlərə tövsiyə odur ki:
    –Vaxtaşırı tərbiyə mövzusunda olan televiziya proqramlarını, jurnal mə-qalələrini izləyin və bu mövzuda kitablar oxuyun;
    –Həyat yoldaşı ilə uşaqların tərbiyəsində həmrəy olun;
    –Uşaq öz köməyini təklif edirsə, işin icrası ləngisə də onu qəbul edin;
    –Uşağa əmr etmək deyil, həm də ondan xahiş etməyi bacarın;
    –Uşağın hormonik inkişafı üçün mühüm olan bədən tərbiyəsi ilə məş-ğul olmasının qayğısına qalın;
    –”Mənim vaxtım yoxdur”–deməklə, uşağı özünüzdən kənarlaşdırmayın;
    –Heç vaxt uşağa yalan deməyin. Uşaq başa düşəndə ki, yalan danışırsan, o özü də yalan danışmağa başlayacaq;
    –Uşağı döymək düz deyil. O, kötəkdən qorxacaq, amma gizlində öz bildiyini edəcək;
    –Səhvi qışqıraraq və qəzəblə deyil, nümunə və nəsihətlə düzəldərlər;
    –Onlar sizin sözlərinizdən çox hərəkətlərinizə əhəmiyyət verirlər;
    –Heç vaxt uşağı alçaltmayın;
    –Əgər söz vermisinizsə, ona əməl edin;
    –Heç vaxt onun yanında sirr açmayın;
    –Həyatın sərt tərəflərini ondan gizlətməyin;
    –Onun hər şıltaqlığı ilə hesablaşmayın;
    –Uşaqla öz aranızda ziddiyyət yarat-mayın;
    –Onunla məhəbbətli münasibətdə olun;
    –Uşağınızla dost olun, onu sevdiyinizi, qiymətləndirdiyinizi bildir-məkdən çəkinməyin;
    –Onun nadincliyini, özündən bədgüman olmasını görməməzliyə vur-mayın;
    –Uşaqlar sizdən qayda-qanunu öyrənirlər. Onlara hər işdə nümunə olmağa çalışın.

    Müəllif: Redaktor, 11:45

    Teqlər:

İsmarıclar bağlıdır.