Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Gəncə şəhərindəki Baş Kon-sulu Zeki Öztürk, Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər ediblər. Səfərin məqsədi rayonun Dəmirçilər, Cəmilli, Seydimli, Qazyan və Evoğlu kənd tam orta məktəblərində Türk Kızılay Cəmiyyəti tərəfindən uşaqlar üçün tikilən oyun meydançalarının açılışında iştirak etmək olub. Tədbirə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, KİV nümayəndələri, şəhid və qazi ailələri, Evoğlu kənd tam orta məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri qatılıblar.
    Tədbir iştirakçıları əvvəlcə Evoğlu kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüblər.
    Sonra rayonun Evoğlu kənd tam orta məktəbində inşa edilmiş oyun meydançasının açılışı olub. Tədbirdə çıxış edən Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Türkiyə-Azərbaycan dostluğundan danışıb, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bildiriblər.
    Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbayca-nın Ümummilli Lideri Heydər Əliyevin “İki dövlət, tək millət” sözlərini və Mustafa Kamal Atatürkün “Azərbaycanın qədəri qədərimiz, sevinci sevincimizdir” sözlərini dilə gətirib, iki qardaş dövlət arasında hər zaman sıx dostluq əlaqələrinin olduğunu bildirib.
    Türk qurumlarının Azərbaycanın fərqli bölgələrində müxtəlif layihələr həyata keçirdiyini dilə gətirən səfir məktəbliləri sevindirmək məqsədilə Türk Kızılayın Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə Fizuli, Tərtər və Ağdam rayonlarında 16 uşaq oyun meydançası qurduğunu, burada uşaqların asudə vaxtlarını maraqlı keçirəcəyini deyib. Səfir açılışın xeyirli, uğurlu olmasını arzulayıb.
    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səfirə tərtərlilər adından öz minnətdarlığını bildirib, Türkiyə-Azərbaycan dostluğunun əsrlərin sınağından keçdiyini, xalqlarımızın dini bir, dili bir dost, qardaş ölkə olduğunu qeyd edib.

     

    Müəllif: Redaktor, 10:27

İsmarıclar bağlıdır.