Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    2020-ci il oktyabrın 3-də Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırıldı.
    Bütün Azərbaycan xalqı kimi, tərtərlilər də unudulmaz günlərdə döyüşlərin gedişini ürək çırpıntıları ilə izləyirdilər. O oğullar hər birimizin övladıydı. Odur ki, Tərtərdə açıq-aydın eşidilən döyüşlərin səsi hər birimizin ürəyində əks-səda verirdi.
    Oktyabrın 3-də isə Suqovuşandan qələbə xəbəri gəldi.
    Qeyd edək ki, qədim adı Suqovuşan olan, Sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Ağdərə rayonu ləğv ediləndən sonra Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.
    Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb.
    Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində Şimal-Şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.
    Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobili məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.
    Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan Su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.
    Qələbədən dərhal sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Suqovuşanın qədim adı özünə qaytarılıb, bu yerlərin minalardan təmizlənməsi, bura yol çəkilişi işlərinə başlanılıb.
    Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunma-sına görə” medalı ilə təltif olunub. Onların arasında həmyerlilərimiz də var.
    Bu gün Suqovuşan, işğaldan azad edilmiş digər yaşayış yerləri kimi, abadlaşır və yenidən qurulur. Şəhid anaları, qazilər, çoxsaylı qonaqlar buranı ziyarət edərək, şəhidlərimizə ehtiramlarını bildirirlər. Bu torpaqları canı-qanı bahasına azad edən igidlər isə əbədi olaraq öz adlarını Azərbaycan tarixinə yazıblar.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:34

İsmarıclar bağlıdır.