Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt

    Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş daha bir şəhidimizin Şahbazov Ruslan Mahir oğlunun şəhadətə qovuşmasının  ikinci ildönümüdür. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərıəri və YAP rayon təşkilatının sədri ilə birgə  şəhidin ildönümü mərasimində  iştirak edib, ailəsinə başsağlığı veriərək, səbr diləyib.

    Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov  tərəfindən şəhidlərin  ruhuna dualar oxunub, onların xatirəsi yad edilib.

    Ruslan Mahir oğlu Şahbazov Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. O, 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub.

    2014-cu ildən müddətdən artıq hərb qulluqçu kimi xidmətə başlayıb. O, 2016-ci ilin 2-5 aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində isə Talış, Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Düşmənin 5 tankını, xeyli  canlı qüvvəsini  məhv edib və Talış kəndi  uğrunda  gedən döyüşlərdə şəhid olub, Ələsgərli  kədnində dənf olunub.

    Ruslan Şahbazov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Azərbaycan Ordusunun 100 illiyi” medalalrı ilə təltif olunub.

    Ruslan Şahbazovun adına doğulduğu kənddə bulaq tikilib. Tərtər şəhərində isə adına küçə verilib, xatirəsi əbədiləşdirilib.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Azərbaycan xalqı igid oğullarını unutmur, onların xatirəsini həmişə yad edir.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

    Müəllif: Redaktor, 08:22

İsmarıclar bağlıdır.