Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Okt

     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bəyimsarov kəndində anadan olmuş, əslən Kəlbəcər rayonundan olan 19 yaşlı şəhid Həsənli Zəlimxan Rafiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, onlara başsağlığı verib. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin  ruhuna dua oxuyub.

    Həsənli Zəlimxan  Rafiq oğlu 2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2020-ci ilin yanvar ayında hərbi xidmətə gedib, sentyabrın 27-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında artilleriya komandasında iştirak edib.

    Tərtərin igid oğlu Fizuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və 11 oktyabr 2020-ci ildə Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Subay idi. 12 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib.

    Ölümündən sonra 19 yaşlı Zəlimxan Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə”  medalları ilə təltif olunub.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah şəhidimizə rəhmət eləsin!

    Müəllif: Redaktor, 14:07

İsmarıclar bağlıdır.