Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Okt

    Erməni terrorçularının Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutması nəticəsində 16 nəfər mülki şəxs şəhid olmuş, 63 nəfər yaralanmışdır. Cəbhədə məğlubiyyətləri ilə barışmaq istəməyən erməni vandalları dəfn zamanı şəhər qəbristanlığını artilleriya atəşinə tutmuş, nəticədə 4 nəfər tərtərli şəhid olmuş, 6 nəfər isə yaralanmışdır. Həmin şəhidlərdən biri də Zamanov Şakir Xasay oğludur.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri ilə birlikdə şəhidin ikinci ildönümü ilə əlaqədar onun ailəsində olub, başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

    Rayon rəhbəri Vətən müharibəsində Tərtər şəhərini və kənd yaşayış məntəqələrinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində rayonun infrastrukturuna dəyən ziyandan, mülki əhalinin həlak olması və yaralanmasından, ermənilər tərəfindən törədilən terror hadisələrinin dünya ölkələri tərəfindən düzgün qiymətləndirilməsindən söhbət açıb, şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyib.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

    Müəllif: Redaktor, 09:15

İsmarıclar bağlıdır.