Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    Oktyabırıb 18-də Tərtər rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının Qərargahında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

    Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin  və 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.

    Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edib. Bildirib ki,  Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində əldə olunub. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Belə ki, müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən o vaxtkı dövlət rəhbərliyinin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı.

    Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunması haqqında qanun qəbul edilib. Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra əldə edə bilib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi mühitinə müdriklik də gətirdi. Məhz ümummilli liderin zəngin siyasi və yüksək idarəçilik  təcrübəsi, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini bütün təhlükələrdən qurtardı.

    Dövlət Müstəqilliyimizin Bərpa olunmasının 31 illiyini Azərbaycan xalqı, Azərbaycan dövləti son 200 illik tariximizdə əldə etdiyi böyük qələbə ilə qeyd edir. Bildiyimiz kimi, 30 ildən artıq düşmən tapdağı altında qalan tarixi torpaqlarımızı Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi və komandalığı altında Müzəffər Azərbaycan Ordusu 2020-ci  ilin sentyabr ayının 27-də başlanılan 44 günlük Vətən müharibəsində azad etdi.

    Sonra Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatında  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Tərtər şəhər 1 saylı tam orta məktəbin direktor müavini  İntiqam Nuruyev, Tərtər rayon  Hacıqərvənd  kənd tam orta məktəbin direktoru Sitarə Xəlilova , Tərtər şəhər 3 saylı ümumi orta məktəbin müəllimi Kifayət Kərimova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki,   müstəqilliyimizin bərpasının  ilk illərində ulu öndər  Heydər Əliyev hakimiyyətdə  olsaydı,  Azərbaycan dövləti, xalqı həmin illərdəki faciələri, çətinlikləri yaşamazdı.

    Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə  növbəti mərhələnin – inkişaf, tərəqqi dövrünün əsasını qoyduğu  vurğulanıb.

    Müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirilib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bu günkü uğurları üçün ən etibarlı təməl olub. Ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda aparıcı  lider  ölkə olmasına gətirib çıxarıb. Çıxış edənlər şanlı Zəfər gününün xalqımızın qəlbində və zehnində qəhrəmanlıq salnaməsinə çevrildiyini bildiriblər.

     

    Müəllif: Redaktor, 09:16

İsmarıclar bağlıdır.