Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

     Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində şəhid Məmmədli Sənan Səlim oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, başsağlığı verərək, qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub, valideynləri Sənanla bağlı xatirələrini bölüşüblər.

    Məmmədli Sənan Səlim oğlu 1997-ci ilin sentyabr ayının 14-də Qaradağlı kəndində anadan olub.  8-ci  sinfi bitirdikdən sonra  təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib, 2016-cı ildə liseyin məzunu olur və yenidən imtahan verərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. Məktəbi bitirdikdən sonra peşəkar zabit kimi ordu sıralarında qulluq edir, leytenant rütbəsi alır.

    Sənan Məmmədli 2020-ci ilin oktyabr ayının 15-də  Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olur, 4 gün neytral zonada qalır. Oktyabrın 20-də yaşadığı kənddə dəfn olunur.

    Tərtərin qəhrəman oğlu Sənan Məmmədli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları və ilə təltif olunub.

    Şəhidin adı əbədiləşdirilib, Tərtər şəhərinin küçələrinin biri onun adını daşıyır. Doğulub boya-başa çatdığı Qaradağlı kəndində isə onun xatirəsinə ehtram əlaməti olaraq bulaq inşa edillib.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

    Müəllif: Redaktor, 14:59

İsmarıclar bağlıdır.