Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Okt

    Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid ailələri ilə görüşmək məqsədilə Tərtər rayonuna səfər etmişdir. Vitse-spiker Adil Əliyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzmüşlər.

    Daha sonra Şəhidlər Xiyabanına səfər edərək, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini yad etmişlər. Daha sonra iş adamları tərəfindən Tərtər rayonunda 2 Vətən müharibəsi şəhidinin ailəsi üçün tikilmiş dörd otaqlı fərdi yaşayış evləri şəhidlərin ailə üzvlərinə təqdim edilmişdir.

    Milli Məclis sədrinin müavini çıxışında şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğının göstərilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırıq tövsiyələrinə uyğun olaraq, şəhid ailələrinin ziyarət edilməsini, habelə onları narahat edən məsələlərin yüksək səviyyədə həll edilməsini toxunmuşdur. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusunun döyüş meydanında göstərmiş olduğu şücaətə toxunaraq, tarixi torpaqlarımızın bərpa, suverenliyimizin bərqərar olmasını qeyd etmişdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən şəhid ailələri və qazilər də daxil olmaqla həyata keçirilən nəcib təşəbbüslərə dəstək olan “Çarbağ” MMC-nin direktoru Anar Həsənova və qədir bilən xalqımıza minnətdarlığını bildirən vitse-spiker, xalqımızın öz qəhrəmanlarına yüksək dəyər verməsini qeyd etmişdir. Eləcə də, Tərtər rayonunun qorxmazlıq simvolu olmasını qeyd edərək, xain düşmənin mülki əhalini hədəfə almasına baxmayaraq, xalqımızın dövlət başçısının yanındakı birliyinin və Qələbəmizin tariximizin ən parlaq səhifəsi olmasını qeyd etmişdir.

    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi zamanı Ermənistanın Tərtər rayonunu hədəf almasına baxmayaraq, rayon sakinlərinin göstərdiyi əzmdən danışmışdır. Eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində şanlı ordumuzun döyüş meydanında düşmən üzərində qazandığı tarixi Qələbədən bəhs edərək, şəhidlərimizə Allahdan rəhmət qazilərimizə şəfa diləmişdir. Eləcə də, Anar Həsənova görülən işlərə görə öz minnətdarlıqlarını bildirmişdir.

    Şəhid ailələrinin, qazilərin iştirakı ilə əvvəlcə tikilmiş fərdi yaşayış evi Tərtər rayonu Qaradağlı kəndində şəhid Aslan Hüseynovun ailə üzvlərinə təhvil verilmişdir. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Aslan Hüseynov Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra Azərbaycan Respublikası  Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Daha sonra rayonun Yenikənd kəndində şəhid Azər Qasımovun ailəsinə növbəti dörd otaqlı mənzil təqdim edilmişdir. Şəhid Qasımov Azər Yaqub oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda,” “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirərək, təşəkkür etmişlər.

    Müəllif: Redaktor, 09:50

İsmarıclar bağlıdır.