Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Dek

    0eb663skoraia2“Təcili yardım” briqadasında işləyən həkimlər yaxşı bilirlər ki, yeni il gecəsi və səhəri növbəni uğurla təhvil vermək üçün mümkün olandan artıq bir qüvvə ilə işləmək lazımdır.
    Sadəcə ona görə ki, çağırışların sayı adi günlərə görə statistik olaraq ən azı 3 dəfə artır. Bayram günlərində daha sıx rast gəlinən patoloji halları ifadə etmək üçün “xüsusi tibbi terminologiya” belə var.Bunlardan biri də “Bayram ürəyi sindromudur.”
    Bu sindroma ürəyi həddindən artıq yükləyən spirtli içkilərin qəbulu zamanı rast gəlinir. Spirtli içkilərin və həddini aşmış ölçüdə qidaların qəbulu, qazlaşdırılmış içkilərdən istifadə olunması, bayram gecəsi üçün adi bir hala çevrilir. Bu zaman təcili yardım stansiyasında telefonların praktiki olaraq susmamasının səbəbi aydın olur. Mütəxəssislər yeni il bayramı süfrəsi arxasında bizi hansı təhlükələr gözlədiyini və onlardan konkret olaraq necə qo-runmaq lazım olduğunu aydınlaşdırmışlar.
    1. Artıq qidalanma–Boston universitet klini-kasının həkimləri müşahidə etmişlər ki, bir çox bayramlar zamanı olduğu kimi yeni il bayramı günündə də günorta, xüsusilə axşam və səhər zamanı artıq-laması ilə qida qəbul etmək yeməkdən maksimum 2 saat sonra ürək tutmasının baş verməsi ilə nəticələnir. Xüsusilə bildirilir ki, qidadan son-rakı bir saat ərzində ürək tutması riski 10 dəfələrlə artmış olur. Əgər bayram günlərində qidalanmaya ürəyiniz “tab gətirməmişsə”, mütləq olduğunuz yerin havasının dəyişdirilməsi və təmizlənməsinə diqqət edin, dilinizin altına bir tablet nitroqliserin qoyun və ya onu bir tikə şəkər ilə qatışdırılmış su ilə daxilə qəbul edin. O, arteriyaların spazmasının qarşısını almaqla yanaşı ürəyə qanaxınını da sü-rətləndirmiş olur. Nitroqliserin arterial təzyiqi aşağı saldığı üçün ayaqları aşağı sallayaraq oturmaq və ya uzanmaq məsləhət görülür.
    2. Ənənəvi yeni il bayramı menyusuna kəskin və yağlı qidalar daxildir. Xroniki pankreatitdən əziyyət çəkənlər üçün bu qidalar xüsusilə təhlü-kəlidir. Pankreatit qarışıq əlamətlərlə başlayır. Xəs-tələr qarının üst nahi-yəsində, xüsusilə sol qabırğa altında ağrılar hiss edir, yeməkdən dərhal sonra öyümə və qusma, bəzən isə ishal müşahidə olunur. “Bayram yüklənməsi” vəziyyətin şiddətlənməsi ilə nəticələnir. Ağrı tədricən artaraq kəskin və dözülməz olur, temperatur yüksəlir və ürəkbulanması başlayır. Kəskin pankreatit zamanı hospitallaşma mütləqdir və onun müalicəsi elə də asan deyildir. Pankreatitlərin əsas bayram səbəbkarı isə aşağı keyfiyyətli spirtli içkilərin duza qoyulmuş qidalar ilə qəbul olunmasıdır. “Təcili yardım briqadası” gələnə kimi 1-2 tablet Noşpa qəbul etmək ağrının azalmasına kömək edə bilər, heç bir ağrıkəsicidən xüsusi ehtiyac olmadığı halda istifadə etməmək məqsədə uyğundur.
    3. Sağ hissədə ağrılar, yorğunluq,iştahanın itməsi,ürəkbulanması qaraciyərin yorulduğunu siqnal verən əsas əlamətlərdəndir. Qaraciyərin zədələnməsi zamanla baş versə də ani olaraq hiss olunur və zəncirvari reaksiya şəklində bütün orqanizmi məhvə doğru sürükləyir. Qaraciyər daha da artıq yüklənməni qaldıra bilməyəcəyindən əlavə olaraq qəbul edilmiş spirt birbaşa hepa-tositlərin (qaraciyər hüceyrəsi) məhvinə səbəb olur.
    4. Öd kisəsinin iltihabı da qorxulu hallardan biri-dir.Yeni il süfrəsinin təhlükəli nəticələrindən biri də öd kisəsində uzun müddət “sakit yatan” daşların oyanmasıdır. Bu hal xüsusilə qadınlarda daha sıx rast gəlinir.Əgər bəxtiniz gətirsə sadəcə sağ nahiyyədə ağrılar müşahidə olunacaq və vəziyyət ciddiləşmədən dərhal ötüşəcəkdir. Daha şiddətli və ardıcıl olaraq davam edən ağrılar adətən diaqnostik təs-diqlənmədən dərhal sonra daşların operativ olaraq xaric edilməsi ilə nəticələnir. Ağızda acı bir tamın olması öd kisəsi problemlərinin oyanması deməkdir. Əgər bir saata qədər ağrılar keçmirsə dərhal təcili yardıma müraciət edin.
    5. Qəbizlik, ishal, ürəkbulanması, qusma, mədə ağrısı və yanğı hissi, qaytarma, köp tipik  yeni il bayramı sonrası problemlərdəndir. Artıq yüklü qidalanma zamanı mədə və onikibarmaq bağırsağın selikli qişasının zədələnməsi, iltihabı və xora xəstəliyi meydana gəlir. Xilasolma tədbiri isə ac qalmaqla müalicə və həzmi asanlaşdıran fermentativ tabletlərin qəbuludur. Bütün bunlarla yanaşı alkoqol və qida zəhərlənmələri də sıx rast gəlinən hallardan biridir. Kəskin qida zəhərlənmələri və alkoqolqida yüklənməsi zamanı isə sorucu dərman preparatları sizin köməyinizə gələ bilər. Onlar toksinləri özlərinə birləşdirməklə orqanizmdən dərhal xaric edir. Bunlara aktivləşdirilmiş kömür, Enterosqel və başqalarını aid etmək olar.
    6. Qida allergiyası özünü dərhal qaşınma və dəri qızarması ilə büruzə verəcəkdir. Orqanizm keyfiyyətsiz  spirt tərkibli içkilərə, müxtəlif növ sitrus meyvələrinə, şokolada və digər qidalara qarşı bu şəkildə  reaksiya verə bilər. Buna yalnız qidada fasilələr vermək və uyğun olmayanlardan imtina etmək kömək edə bilər.
    7. Əksər insanlar bayram gününün və xüsusilə gecəsinin keçirilməsinə o qədər fiziki və emosional enerji sərf edirlər ki, bay-ramdan sonrakı günlərdə asanlıqla depressiyaya düşə bilirlər. Bu nəticəyə Amerikanın Loyola universitet klinikasının psixiatrları gəlmişlər. Mütəxəssislər tətil günlərində sadəcə divanda uzanaraq televiziyanı izləmək və ya musiqiyə qulaq asmaq əvəzinə daha aktiv işlərlə məşğul olmağı və ən azından küçədə gəzinməyi məsləhət görürlər.

    Müəllif: Redaktor, 09:03

    Teqlər:

İsmarıclar bağlıdır.