Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Okt

     

     

     

     

     

     

     

     

     

     

    Tərtər rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon sektorunun birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP ) təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə məktəblərarası şahmat turniri keçirilmişdir.

    Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    26 oktyabr 2022-ci il tarixdə keçirilmiş tədbirdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev iştirak etmişlər.

    Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev çıxışında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən partiyamızın Sədri, Möhtərəm Prezident cənab İlham Əliyevin xalqımıza Zəfər bəxş etmiş Müzəffər Ali Baş Komandan olduğunu bildirib. Yeni Azərbaycan Partiyasının ötən 30 ildə uğurla inkişaf etdiyini, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını qeyd edib.

    Tərtər rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov bildirib ki, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrilmişdir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır.

    Sonra Tərtər rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan və gələcək hədəflərindən danışıb. 30 illik inkişaf yolu keçən Cənubi Qafqazın güclü partiyası olan YAP-ın ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək böyük uğurlar əldə etdiyini bildirmişdir.

    Sonda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edilərək yarış iştirakçılarına uğurlar arzulanılıb.

     

    Müəllif: Redaktor, 11:01

İsmarıclar bağlıdır.