Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Okt

    Oktyabrın 28-də Tərtər şəhər 2 saylı məktəb-liseydə 10-cu və 11-ci sinif şagirdləri arasında “Erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, şöbənin məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, rayon Mərkəzi Xəstəxanasının həkimi Bəkir Nağıyev, rayon Təhsil Şöbəsinin əməkdaşı Gülxar Abbasova və məktəbin direktoru Gülarə  Əkbərova iştirak ediblər.

    Tədbirdə çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

    Qeyd edilib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub. Bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunub. İnsanların övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaratdığı diqqətə çatdılırıb.

    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

    Müəllif: Redaktor, 10:04

İsmarıclar bağlıdır.