Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Dek

    Yeni il möcüzələrin baş verdiyi zamandır. Onlar isə əsas etibarilə xoşbəxtlik gətirir. Yeni il ərəfəsində baş verən bir sıra qəribəlikləri gülməli və ya qeyri-adidən başqa heç cürə adlandırmaq mümkün deyil. “Time” amerikan jurnalının jurnalistləri ən qəribə və axmaq Yeni il əhvalatlarının reytinqini tərtib etdilər.
    Uşaqların bayramı oğurlanıb
    Dekabrın əvvəllərində Bostonda təsərrüfat mağazasının sahibkarını bir telefon zəngi oyatdı. Bu, polis idi. Polislər kişiyə xəbər verdilər ki, ötən gecə onun mağazasına oğrular daxil olmuş, musiqi mərkəzi, eləcə də satışından əldə olunan gəlirlərin uşaq evinə köçürüləcəyi onlarla yeni il yolkası oğurlanmışdır. Son beş il ərzində kişi müxtəlif uşaq evlərinə yolkaların satışından qazandığı 15 000 dollardan çox vəsait vermişdir. Həmin zamanlarda Sietledə oyuncaq anbarı da qarət edilmişdi, onlar da xeyriyyə məqsədilə istifadə olunacaqdı. Təəssüf ki, bəzi insanlarda ürək deyilən şey yoxdur.
    Televizor uşaqdan daha dəyərlidir
    Yeni il alış-verişlərinin ən qızğın çağında Massaçusets ştatı Sprinqfild şəhər sakini mağazaya yollanaraq özünə 51 düym televizor aldı. Maraqlısı odur ki, o alış-verişə iki yaşlı oğlu ilə getdiyini unutmuşdu. Uşaq polis tərəfindən mağazanın qabağındakı dayanacaqda park edilmiş avtomobildə tapılmışdı. Polislər həmin şəxsin evinə baş çəkdikdə o, aldığı televizoru quraşdırırdı. Onun sözlərinə görə uşağın itdiyini fikirləşsə də, bu haqda heç kimə məlumat verməyin lazım olmadığını düşünmüşdür. Anlaşılmır ki, mağazaya uşaq və avtomobillə gələn amerikan məhz niyə evə əlində televizor piyada qayıtmışdır. Ola bilər ki, kişiyə uşaq ilə səhlənkar davrandığı üçün şərti iş versinlər.

    Müəllif: Redaktor, 09:09

    Teqlər:

İsmarıclar bağlıdır.