Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Noy

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov 8 noyabr Zəfər günü ilə əlaqədar Qaynaq kəndində şəhid Surxayzadə Cahangir Hətəm oğunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda torpağı qanları ilə vətənə çevirən  oğulların ruhuna  dualar oxuyub.

    Sonra icra başçsı 24 yaşlı Cahangirin keçdiyi döyüş yolundan danışıb. Qeyd olunub ki, Cahangir Surxayzadə Azərbaycan Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının əsgəri olub. O, Füzulinin və Şuşanın azadlığı uğrunda döyüşüb və noyabrın 9-da Şuşa

    döyüşlərində şəhid olub.

    Cahangir  ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə o, “Vətən uğrunda”, ”Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

    İcra başçısı  səhidin valideynlərinə Cahangir kimi igid ogul böyütdükləri üçün öz minnətdarlıgını bildirib, məhz Cahangir kimi tarix yazan ogulların sayəsində düşmən üzərində qələbə qazanıldıgını, 30 ildən sonra torpaqlarımızın işgaldan azad olunduğunu  bildirib.

    Oxuduğu Qaynaq kənd  umumi orta  məktəbində Cahangirin adı əbədiləşdirilib, onun adına sinif otağı verilib. Otaqda  şəhidə güşə ayrılıb, güşədə onun şəkli, haqqında, döyüş fəaliyyəti barədə məlumatlar qoyulub.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərmizə rəhmət eləsin!

     

    Müəllif: Redaktor, 09:08

İsmarıclar bağlıdır.